Xəbər lenti

  "Ana-bajılar gözə dəymir..."

 

Kamran Məhərrəmli

 

Real TV-nin açılması ilə bağlı Mirşahin bəyi və onun kollektivini ürəkdən təbrik edirəm. Ancaq hörmətli Mirşahin bəyin mediada yayılan "proqram çıxışı" düzgün deyil.

Birincisi, Mirşahin bəy deyir ki, iç üzünüzü, əsl sifətinizi açıb ortaya qoyacam.

Hörmətli bəy! Bu ölkədə bütün üzlər açılıb, bütün maskalar çoxdan yırtılıb, açmağa sandıq, tökməyə pambıq qalmayıb, artıq ifşa etməyə obyekt də yoxdur. Siz kimi, nəyi ifşa edəcəksiniz ? Həm də 30 ilə yaxındır davam edən ifşa kampaniyası, Şeyx Nəsrullahlıq bəs etmədi ?

Düzdür, Şeyx Nəsrullah cəmiyyətin iç üzünü açdığı üçün əslində müsbət obrazdır. Amma indi açmağa bir şey yoxdur. Nə qədər tv-də fahişə ifşa etmək, əxlaqsızlıq yuvası nümayiş etdirmək olar ?

İkincisi, sizin "ana-bacınızı sevəcəm" fikrinizə keçmiş həmkarınız, sabiq millət vəkili Etibar Hüseynov çox biabırçı cavab verib: "Bütün Bakı Mirşahinin ana-bacısını sevsin". Bu biabırçılıqdır vallah.

Axı, bu ana-bacı söhbəti haradan ağlınıza gəldi ?

Bu lap Şeyx Nəsrullahın məclisə daxil olan kimi "Bajılar gözə dəymir.." söhbətinə oxşadı...




Ana səhifəyə qayıt        Baxış: 1 416          Tarix: 13-03-2018, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma