Xəbər lenti

  

Almaniyanın Berlin şəhərində dünya şahmat tacına iddialı qrossmeysterlər arasında iki dövrədən ibarət turnir keçirilir. Yarış iştirakçıları Azərbaycanı təmsil edən qrossmeyster  Şəhriyar Məmmədyarov, Rusiyadan Vladimir Kramnik, Aleksandr Qrişuk, Serqey Karyakin, Amerikadan Fabiano Karuana, Uesli Co, Çindən Din Lijen və Ermənistandan  Levon Aronyandır.

Doqquz turdan sonra yarış cədvəlinə aşağıdakı idmançılar başçılıq edir: Fabiano Karuana 6 xal, Şəhriyar Məmmədyarov 5,5 xal, Aleksandr Qrişuk 5xal. Turnirin başa çatmasına beş tur qalır.

Qalıb gələn qrossmeyster şahmat tacı uğrunda hazırkı dünya çempionu norveçli Maqnus Karlsona qarşı mübarizə aparmaq hüququ əldə edəcəkdir. Turnirin başa çatmasına beş tur qalır.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 520          Tarix: 22-03-2018, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma