Xəbər lenti

 

Sabiq nazir ittihamlara hücumla qarşılıq verdi; Dəmir Yolu İdarəsi rəisinin komandası korrupsioner fəaliyyətdə və dəmir yolu sistemini dağıtmaqda suçlandı

Azərbaycan Dəmir Yolları QSC-nin sədri, deputat Cavid Qurbanovun son müsahibəsində verdiyi açıqlamalar cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Müzakirələrlə yanaşı, müsahibədə söylədiyi bəzi fikirlər C.Qurbanova qarşı hücumların başlamasına gətirib çıxarıb.

Xatırladaq ki, QSC sədri Bakı-Tiflis-Qars dəmi ryolu xətti ilə sərnişindaşımaya gələn ildən tez başlanmasının mümkün olmadığını deyib. Onun sözlərindən məlum olub ki, bu ləngiməyə “bəzi adamlar” səbəb olub. Belə ki, 3 il əvvəl sədrin adlarını çəkmək istəmədiyi bəzi adamların səhlənkarlığı üzündən sərnişin vaqonlarının alınmasına dair sifariş vaxtında icra olunmayıb: “Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək”.

C.Qurbanovun adını çəkmək istəmədiyi şəxslər, aydın məsələdir ki, ondan əvvəl Azərbaycanın nəqliyyat və dəmiryol sisteminə rəhbərlik edənlərdir. Yəni idarə rəisi adlarını çəkməsə də, sabiq nəqliyyat naziri Ziya Məmmədovla Dəmir Yolunun əvvəlki rəhbəri Arif Əsgərovun sayəsində Bakı-Tiflis-Qarsla sərnişindaşımanın tez təşkil oluna bilməyəcəyini vurğulayıb. Bu isə faktiki olaraq, dövlət rəhbərliyinin diqqətində olan bir layihənin məhz bu iki şəxsin səhlənkarlığı üzündən yubandığı deməkdir.

C.Qurbanovun açıqlamasına qarşı tərəfin cavabı özünü çox gözlətmədi. Müxtəlif mətbuat orqanlarında, internet resurslarında ADDY sistemindəki “pozuntularla” bağlı materiallar dərc olunmağa başlayıb.

Ziya MÉmmÉdov Cavid Qurbanov ile ilgili görsel sonucu

Belə materiallarda qeyd olunur ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkarlanıb. Bildirilir ki, Bakı Dəmir Yolu Deposunda Rəhman Babaşov, Sərnişin Daşınmalar Departamentinin rəisi Elyar Muradov, onun müavini Hikmət Quliyev və digərlərinin əlbir olaraq qanunsuzluqlar edirlər, korrupsiya əməllərinə yol verirlər.

O da qeyd olunur ki, C.Qurbanov Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradovla çox yaxın münasibətlərə malikdir və hər zaman bir yerdə olurlar.

Ziya MÉmmÉdov Cavid Qurbanov ile ilgili görsel sonucu

Yazılarda dəmiryolçulara istinadən iddia olunur ki, C.Qurbanov rəis təyin olunduqdan sonra işçilərin əmək haqları 3 dəfə aşağı düşüb: “Halbuki keçmiş sədr Arif Əsgərovun dövründə qatar rəisləri 500-600 manat arası əmək haqqı alırdılar. Ancaq indi özlərinə məxsus qatar rəislərindən başqa yerdə qalanlar 250-300 manat arası əmək haqqı alır. QSC-də hər kəs yaxşı bilir ki, Bakı Deposunda Rəhman Babaşovun rəhbərliyi altında hər ay yüz min manatlarla vəsait silinərək mənimsənilir”.

ADDY QSC ile ilgili görsel sonucu

Həmçinin bildirilir ki, R.Babaşovun himayədarı Elyar Muradovdur. Onun sayəsində R.Babaşov yol verdiyi qanunsuzluqlara rəğmən cəzasız qalır. C.Qurbanov isə E.Muradov və onun dəstəsinin fəaliyyətinə məqsədyönlü şəkildə göz yummaqda ittiham olunur.

Göründüyü kimi, C.Qurbanov ad çəkmək istəməsə də, atdığı daş ünvanına gedib çatıb. Buna görə də qarşı tərəf boş dayanmayaraq, mediada C.Qurbanovun fəaliyyətinə kölgə salacaq hücum təşkil etməyə nail olub.

TURQUT,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 1 792          Tarix: 4-04-2018, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma