Xəbər lenti
Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqlədi. Dövlət başçısının imzaladığı sərəncamda bəzi nazirliklərin adı yer almamışdı ki, onlardan biri də Səhiyyə Nazirliyidir.
Artıq bir müddətdir ki, səhiyyə naziri Oqtay Şirəliyevinvəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılır. Nazirin yeni hökumətə təsdiqlənməməsi bu iddiaları daha da gücləndirib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq Oqtay Şirəliyev özü də tezliklə vəzifədən azad olunacağını bilir. Nazir bu səbəbdən təhvil-təslim işlərinə başlayıb.
Qaynarinfo-ya məlumat verən mənbə iddia edir ki, Oqtay Şirəliyev nazir vəzifəsindən azad edildikdən sonra da işsiz qalmayacaq. Belə ki, o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə baş həkim təyin ediləcək. Artıq onun üçün yeni iş yerində otaq da ayrılıb.
Qeyd edək ki, Otqay Şirəliyev 2005-ci ilin 20 oktyabrında səhiyyə naziri təyin edilib. Buna qədər isə o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi olub.



Ana səhifəyə qayıt        Baxış: 1 256          Tarix: 23-04-2018, 00:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma