Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev hansısa səbəbdən 11 aprel Prezident seçkilərində iştirak etməyib.
Strateq.az xəbər verir ki, bu faktı Unikal.org saytının baş redaktoru Asəf Rzayev aşkarlayıb.
Sayt rəhbərinin məlumatına görə, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o, seçici hüququndan istifadə etməyib.
Məsələ ilə bağlı Unikal.org saytı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb. O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin iştirak etmədiyini təsdiqləyib: “Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.
Qeyd edək ki, digər nazirlərin və rəhbər şəxslərin 11 apreldə seçkiyə qatıldıqlarının televiziyalarda və hətta sosial şəbəkələrdə geniş işıqlandırılması fonunda səhiyyə nazirinin gözə dəyməməsi, həıqiqətən də, böyük marağa səbəb olub.
Səhiyyə Nazirliyi isə hələlik Oktay Şirəliyevin seçkiyə qatılıb-qatılmadığı haqda hər hansı açıqlama verməyib.
Paylaş: