İsrail 2011-ci ildə İrana müharibə açacaqdı, amma...
İsrail Baş naziri Netanyahu 2011-ci ildə İranla 15 gün ərzində müharibəyə başlamaq üçün İsrail ordusuna əmr veribmiş.
Ovqat.com-un bildirdiyinə görə bu iddianı MOSSAD-ın keçmiş rəhbəri Tamir Pardo irəli sürüb.
Yerli bir televiziyaya açıqlama verən Pardo, müharibə əmrinin təlim məqsədli olmadığını və İran məsələsində ABŞ-a təzyiq etmək üçün verildiyinə inandığını bildirib. Müharibə əmrini aldıqdan sonra istefa etməyi düşündüyünü bildirən sabiq kəşfiyyat rəhbəri əmrin niyə tətbiq olunmadığı barədə isə məlumat verməyib.
Keçmiş Baş nazir və 2011-c ildə Netanyahu hökumətində Müdafiə Naziri vəzifəsində edən Ehud Barak da Binyamin Netanyahunun 2010 və 2011de İranı bombalamaq istədiyini, ancaq İsrail rəsmilərinin bu plana qarşı çıxdıqlarını dilə gətirmişdi.
Paylaş: