AYNUR TALIBLI
TARİX VƏ MƏDƏNİYYƏT ARAŞDIRMAÇISI
İSTANBUL 2018
“İnsan yaradılanların ən alisidir”, deyirlər. Çünki insan iradəyə, mənəviyyata malikdir və düşünə bilir. Bəzən də insan düşünməyi unudur. Yaradılanların ən alisi olan insanı Yaradanın ucaltmasına baxmayar, insan özünü ən adi səviyyəyə endirə bilir. Mən düşünürəm ki, insanın düşməni hər zaman insan olur. Çünki insanın insana və onun ruhuna verə biləcəyi qədər təsirli və qərəzli zərəri heç bir qüvvə verə bilmir.
Müasir çağımızda dünyada xüsusilə bizim cəmiyyətimizdə bunu daha aydın və kütləvi şəkildə müşahidə edə bilirik. Bunu hal-hazırda televizya kanallarımızda yayınlanan xəbər və porqramlar da təsdiq edir. Hansı kanalı izləsəniz, günün müxtəlif zaman dilimlərində ailə için problemlərdən, ailə daxili fiziki eyni zamanda psixoloji şiddətədən bəhs edilir və bu hala məruz qalan insanların nə qədər zərər çəkdikləri görünür.
Həqiqətən, elm və texnologiya çağı kimi qəbul edilən bu çağda pisixoloji - fiziki şiddətə, zorakılığa və təhqirə məruz qalıb əzilən insanlar var. Bəli, bu müasir çağımızda da ən çox qızlarımız və qadınlarımız şiddətə məruz qalır və çox zaman ailədaxili şiddətin qurbanı olurlar. Ailədaxili şiddət əsas olaraq “ailə içində bir fərd tərəfindən digər fərdin həyatının, bədəninin, psixolojik bütünlüyünü ya da özgürlüyünü-müstəqilliyini güç ya da zorla təhlükəyə məruz qalması” şəklində tanımlandırılır.(Stewart ve Robinson,1998, s. 83) (1)
Ailədaxili şiddətin səbəbləri bunlardır: aşağı səviyyədə evliliyə məcburi razılıq, ailə fərdlərinin aqressiv hərəkətlər sərgiləməsi, ideolojik-düşüncə, irq və din fərqlilikləri, evlilkdə xüsusilə qadının məsləyinin həyat yoldaşından daha yaxşı olması, daha çox gəlirinin olması, ilətişim-ünsiyyətqurma yoxsulluğu (özəlliklə uşaqlarda ve yaşlılarda), hər cür güçsüzlükdür. Ailədaxili şiddətə məruz qalmış şəxslərdə əsasən bu xüsusiyyətlərin olduğu görülür:
-Ailə içinde bəlirgin bir rolları vardır (ən kiçik ya da ən böyük olmaq kimi).
-Ailə içində çox zaman hər şeyin suçlusu görülmə , günah keçisi olaraq qəbul edilmədir. Bu şəxslər qarşı şiddətin təkrarlandığı və şiddətə təkrar-təkrar məruz qaldıqları müşahidə edilir.
-Aile içi şiddətə məruz qalanlar təməldə qadınlar, uşaqlar və yaşlılardır . (Vahip I :Evdeki Şiddet Ve Gelişimsel Boyutu: Farklı Bir Açıdan Bakış.Türk Psikiyatri Dergisi. 2002; 13(4): 312-319 )(Sağlık Bakanlığınca Dünya Sağlık Günü İçin Hazırlanan Basın Bildirisi.10 Ekim 2002,Ankara. Erişim Adresi: . Erişim Tarihi:14.7.2004.)(2)
Şiddətə məruz qalan qızlar və qadınlar bu hala etiraz etmək istədikləri zaman isə ailə daxilində qınaq hədəfinə çevrilir və ailənin fərdləri etdikləri fiziki, eyni zamanda pisixoloji siddətin normal hal olduğu, hər ailədə bu halın baş verə biləcəyi kimi safsataları qadınların beyninə aşılamağa çalışırlar. Əgər qadın bu safsatalara uymayıb və etirazına davam etməkdə qərarlı olarsa, daha çox zorakılığa və şiddətə məruz qalır. Bəzən də “namus təmizliyi” adı ilə qəlt edilir ya da intihara məcbur qalır. Bu fəlakətlərdən qurtulmaq üçün qadınlar səslərini lazımi Dövlət Orqanlarına duyurmaqda qərarlı olmalıdırlar. Şiddətə məruz qalan qadın, uşaq və bütün insanlar bunu etiraf etməkdən çəkinməməli və ” el-aləm” deyilən gərəksiz , boş-bekar insanların qınağından qorxmaq əvəzinə, cəsur və iradəli şəkildə bu qınaqları və sahiblərini susdurmalıdırlar. Çünki bizim müstəqil Dövlətimiz var və Hüquq Orqanlarımız var. Bizlər hüquqlarımızı bilməli və müdafə etməliyik. İnanın, Allahın (c.c) endirdiyi heç bir ayədə “ insanları öz eqolarınız və çıxardığınız ədalətdən uzaq qərarlar üçün döyə və ya öldürə bilərsiniz” deyilmir , ya da heç bir ayədə “Erkəkdir –KİŞİDİR hər istədiyini edər” də deyilmir və Azərbaycan Respublikasının Konstitusiyasında heç bir maddəsində də “Qadınlara, uşaqlara, gücsüz insanlara qarşı şiddət göstərmək güclülərin haqqıdır” deyə yazılmır! Bütün bunlar şiddətin Yaradan tərəfindən də , Dövlət tərəfindən də qəbul ediləmədiyini açıq- aydın əks etdirir.
Dünyanın ən saf varlığı olan və bizlərin gələcəyi olan uşaqlar da çox zaman fiziki və psixoloji şiddətə məruz qalırlar. Bu hal ya ailə daxilində, ya da məktəbdə, bağçada və.s baş verir. Çox zaman valideyinlər övladlarına sözdə “tərbiyə” üsulu olaraq şiddəti seçirlər. Əslində bu, ən böyük cinayətdir. Uşaqların ruhunda dərin yaralar açan bu “tərbiyə” üsulunu normal hesab edən valideynlərin çoxu özlərini müdafiə edərkən “Məni də anam, atam və ya qardaşım döyüb. Burda nə var? Sən məndən qiymətlisən? Mən də döyülmüşəm ,sən məndən dəyərli deyilsə, adam ol deyə döyürəm” deyirlər. Sanki döyülmək (şiddət) nəsildən-nəslə ötrülməsi lazim olan bir miras kimi dəyərləndirilir. Zorakılıq, zülm və şiddətin ailədaxili tərbiyənin bir hissəsi kimi görənlər də var.
Məhz şiddət sorununun (probleminin) ən canalıcı nöqtələrindən biri də, nəsildən -nəslə ötürülmə özəlliyidir. Ailədaxili şiddətə məruz qalan uşaqların əksəriyyəti böyüdüklərində şiddət göstərən ərə və qadına (yəni eşlərə), ana-atalara dönüşürlər.
Bəzi şiddətə meyl edən yetişkinlərin büyük bölümünün uşaqlıqda ailəiçi şiddətə məruz qaldıqları gərcəyi təsdiqlənmişdir. (Kaufman ve Zigler 1987) (3). Yeni nəslin şiddətə məruz qalması gələcəyimizin məhvi deməkdir. Belə ki, ailəsində ardıcıl bir şəkildə fiziki və ya psixoloji şiddət görən şəxslərdə depresiyaya daha çox rastlanılır. Şiddət məruz qalmaq nəticəsində öfkənin bir şəkildə dəf edilməsi ilə ortaya çıxan depressiya, bu şəxslərdə impulsif suisid yəni bir anda intihar etməyə səbəb olur.( Aile ve Toplum Yıl: 7 Cilt: 2 Sayı: 9 Ocak-Mart 2005 ISSN: 1303-0256.(4).
Dəyərli qadınlar və şiddətə məruz qalan bütün insanlar! Şiddətə məruz qalmağa məcbur deyilsiniz! Öncədən də qeyd etdiyimiz kimi, insanın insana verdiyi qərəzli zərəri heç bir qüvvə verə bilməz. Bəzən bizə ən güclü zərəri ən yaxınlarımız verir. Bu zərərin normal hal olduğunu da müdafiə edirlər. Çünki hələ də şiddəti,t əhqiri və təhdidi normal hal hesab edən bədəvi ərərblərlə eyni düşüncədə olan va ya şəxsi eqolarını doyurmaq üçün “ qanunlar“ çıxaran və özlərini çağdaş hesab edən barbarlar var. Əslində mən bu mövzuda “eL-aləmin, xalqın və camaatın sayəsində puç olan həyatlar” isimli məqaləmdə geniş bəhs etmişdim. Şiddətə məruz qalan qadın, uşaq və ümumilikdə insanlar bunu etiraf etməkdən çəkinməsinlər. Örnək olaraq mən çəkinmədən bir zaman ailədaxili pisixoloji və fiziki şiddətə məruz qaldığımı etiraf edirəm. Bu şiddəti məndən 5 yaş kiçik olan qardaşım mənə qarşı həyata keçirirdi və valideyinlərim də eyni fiziki və psixoloji şiddəti təhqir və söyüşlə dəstəkləyərək, baş verən şiddətin normal hal olduğunu və hər ailədə ola biləcəyini müdafiə edirdilər. Ama mən bunun qanunazidd olduğunu bilirdim və etirazımda da qərarlı olduğumdan çox boş-bekar insan tərəfdən qınandığım olsa da, bu səviyyəsiz qınaqların boş olduğu həqiqətini unutmadım.
Şiddət görən insanların (mən də daxil olmaqla) vücudunda olan izlər, yaralar zamanla keçsə də, ruhularında açdığı yara hər zaman aci verməyə davam etdir.
Bəzən şiddət göstərən və buna pisixoloji şiddətlə dəstək olanlar tərəfindən, şiddətə məruz qalan insana “ bizim üçün darıxmırsan, heç ağlına gəlmirik?” kimi suallar da verilir. Düşünün, bir insanın bədəninə və ruhuna şiddət göstərənlər, zaman keçincə yaraladıqları və daha təsirli desək, qətl etdikləri ruhdan-ruhun sahibindən hələ onları düşünməsini istəyir və özlənilməyi umurlar. Bu həqiqətən dəhşətdir...
Bu da açıq bilinir ki, Azərbaycan Türk qadını hər zaman ailəsinə sadiq və ailəsevər olur. Çox zaman ailəsi və övladları üçün hər fədakarlığı etməyə razı olur. Məhz qadınlarımızın ailəsinə və ailə fərdlərinə qarşı olan bu sevgisini anlayıb qiymət verənlər olduğu kimi, bu sevgidən sui-istifadə edərək qadınlarımızı aşağılayanlar da olur. Sözsüz, mənəviyyat sahibi olan və düşünmənin önəmini anlayan alicənab insanlar qadına və uşaqlara qarşı əsla siddət göstərməzlər. Bizim atalarımız da əsla qadına şiddəti dəstəkləməmişdir və Azərbaycan Türk qadınını daim uca tutmuşlar. Əlbəttə, sözün əsl mənasında Azərbaycan Türk igidinə, qəhrəmanına, ərinə də bu yaraşar. Eynən atalarımız kimi qadını uca tutan igidlərimiz erlərimizə-ərənlərimizə ,qardaşlarımıza mən bir Azərbaycan Türk qizi olaraq xüsusi təşəkkür edirəm.
Aparılan araşdırmalara görə, çox zaman ailələr qızlarına təhsil verməyi deyil, onları evləndirmyə üstün tuturlar . Bəzən də “qıza təhsil verək, yoxsa verməyək" mövsuzu belə mübahisə edilir və nəhayət qərar verilir ki, buna(qız övladına) təhsil verək, verək ki el- aləm desin "cehizində diplomu var, həm də bu zaman qızı istəyən çox olar, hətta bir pulluya verərik". Əslində bu düşüncə ilə guya ailə qız övladının həyatını qurtarır və ona daha yaxşı həyat vəd edir. Halbuki, təhsil qız övladına öz ayağları üzərində dursun, yeni nəsli güclü ,təhsilli yetişdirsin, vətəninin, millətinin haqlarını müdafiə etsin deyə verilməlidir.
Dəyərli valideyinlər, qızlarınız təhsil verin və çalışın, təhsil aldığı təhsil ocağının diplomu vətəndə və dünyanın hər yerində keçərli olsun ki, qız övladınız bu diplomdan yetərincə yararlana bilsin. Əks halda sadəcə cehizdə olan bir kağız parçasında fərqi olmaz. Bəzən də ailələr tərəfindən "qız övladının yaşı 25 və ya 30 -a çatmadan mütləq evlənməsi gərəkər, xalx nə deyər?!" düşüncəsi ortaya atılır. Çox zaman da evlənən qıza getdiyin evdən kəfənin çıxar" deyilir. Bu isə nəticədə gərcək olur. Qızlarımız ailə içində şiddətə məruz qalır, övladları dünyaya gəlincə onlar üçün susmalı olurlar. Əgər gəldikləri evdəki ailələri zəngindirsə onlara sahib çıxır, çıxdıqdan sonrda "el-aləmin" sözü ilə qızının başına qaxınc etməyə başlayır ki, "getdiyin evdə dolana bilmədin" nəticədə isə qızlarımız yenə ya həyatına son qoyur, ya da əsəb xəstəsi, sosiallaşmaqdan məhrum olur. Ama əgər madii durum yoxdursa, söylənildiyi kimi o evdən "kəfənlə" çıxır. Beləcə "el-aləmin", "xalxın" istədiyi olur. Yəni həyatlar puç olur gedir! (5).
Bütün bu faciələrin önünü almaq üçün toplumdakı fiziki və psixoloji şiddətə son verilməli və şiddət törədənlərin önü alınmalıdır. Dahi dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki kimi “diri ölülərdən” cəmiyyətimiz özünü qorumalıdır. Cəmiyyətimizin bütün fərdləri öz hüquqularını bilər və digər fərdlərə qarşı sayqılı olarsa daha rəfah və mədəni bir həyat yaşaya bilərik. Əks halda gələcəyimiz məhv olar. Sağlam ruha və düşüncəyə sahib olmaq üçün özəlliklə qadınlarımızın təhsil alması mütləqdir. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev nə gözəl söyləmişdir: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Düşünürəm bu sözlər fikrimi daha təsirli bir şəkildə əks etdirir.
İstifadə edilən mənbələr:
1.Türk Psikoloji Yazıları, Aralık 2008, 11 (22), 84./(Stewart ve Robinson, 1998, s. 83)
- Vahip I :Evdeki Şiddet Ve Gelişimsel Boyutu: Farklı Bir Açıdan Bakış.Türk Psikiyatri Dergisi. 2002; 13(4): 312-319 )(Sağlık Bakanlığınca Dünya Sağlık Günü İçin Hazırlanan Basın Bildirisi.10 Ekim 2002,Ankara. Erişim Adresi: . Erişim Tarihi:14.7.2004.)
- Aile ve Toplum Yıl: 7 Cilt: 2 Sayı: 9 Ocak-Mart 2005 ISSN: 1303-0256
- 3-cükaynakla aynıdır.
- Aynur Talıblı. “EL-ALƏMİN, XALQIN VƏ CAMAATIN SAYƏSİNDƏ PUÇ OLAN HƏYATLAR-BUNA DUR DEYƏK” ismli məqalədən.
Paylaş: