Xəbər lenti

Nuhcixan.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarımilində daxili işlər orqanlarının fəaliyyətinin nəticələri ilə bağlı kollegiya iclası keçirilib.

Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov qeyd edib ki, hesabat dövründə Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə muxtar respublika ərazisində 14 cinayət faktı qeydə alınıb. Cinayətlərin açılması 100 faiz təmin edilib.

Polis sahə inspektorlarının işinin təkmilləşdirilməsi, icitmai təhlükəsizlik xidmətinin fəaliyyətinin səmərəli qurulması sahəsində də mühüm işlər həyata keçirilib. Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində müsbət nailiyyətlər əldə edilib.

Kollegiya iclasında insan hüquqları və azadlıqları sahəsində görülmüş işlər, şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi və digər sahələrdə də həyata keçirilən tədbirlər ətraflı təhlil olunub.

Məruzə ətrafında çıxışlar edilib.

İclasa Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov yekun vuraraq qeyd edib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında hüquq mühafizə orqanları qarşısına vəzifələr qoyulub. Nazirlik bu tapşırıqların icrası üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqa zidd əməllərdən qorunmasını yüksək səviyyədə təmin edəcək.




Ana səhifəyə qayıt        Baxış: 682          Tarix: 19-07-2018, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma