Xəbər lenti

   

AKP ABŞ-da lobbiçilik üçün Trampın seçki kampaniyasındakı vəkili Bryan Ballard ilə 1.5 milyon dollarlıq müqavilə bağlayıb.

Ovqat.com-un bildirdiyinə görə, məlumatı ABŞ-ın məşhur siyasət qəzeti “Politico” yayıb.

 Qəzetin yazarı Marc Kaputonun imzasını daşıyan xəbərdə Ballardın bu məbləğlə indiyədək ən böyük qazancını əldə etdiyi bildirilir. O, mart ayında Dominikan Respublikası ilə 900.000, aprel ayında isə Albaniyanın Sosialist Partiyası ilə 240.000 dollarlıq müvavilə bağlayıb.

Ballard məlumatı şərh edərkən deyib: "Şirkətimizin gənişləməsindən çox xoşbəxtəm. Həm ABŞ-ın, həm də NATO-nun əhəmiyyətli bir müttəfiqiylə işgüzar fəaliyyətimizi dörd gözlə gözləyirik”.

Ötən il keçirilən ABŞ prezdenti seçkilərində Trampın Floridadakı kampaniyasını idarə edənlərdən olan Ballard seçki boyu indiki ABŞ prezidentinə ciddi dəstək vermişdi.




Ana səhifəyə qayıt        Baxış: 670          Tarix: 23-05-2017, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma