Bu gün Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramıdır.Azərbaycan televiziyasının 62, radiosunun isə 92 yaşı tamam olur. 1926-cı il noyabrın 6-da azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycan televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
1926-cı ilin noyabrın 6-da Azərbaycan radiosu məhz bu kəlimələrlə azərbaycan dinləyicisinin həyatına daxil oldu.Müsahibim xalq artisti Eldost Bayramov isə nə az, nə çox düz 40 il o sehrili sözləri "Danışır Bakı" ifadəsini azərbaycan tamaşaçı və dinləyicisinə söyləməyin qürurunu yaşayıb.
Eldost Bayramov dilimizin təbliğində Azərbaycan radiosu və televiziyasının nümunə olduğunu bildirir. Deyir ki, o ənənənə bu gün də davam edir.
İllər ötəsə də Eldost Bayramovun qəlbində olan sənət eşqi və həvəsi tükənməyib. O, efirdə olmamağına baxmayaraq indi də tamaşaçı sevgisi ilə yaşayır.
Qeyd edək ki, 92 il əvvəl Azərbaycanda ilk radio fəaliyyətə başlayıb. Xalqın ictimai həyatinda boyük yenilik sayilan bu hadisə, sonralar Azərbaycanda ilk radionun fəaliyyətə başladığı gün kimi qeyd olundu. Azərbaycan televiziyasi yaranandan sonra bu tarix Azərbaycan televiziyasi və radiosu günü kimi keçirilməyə başladı. Bakı televiziya studiyasi ilk dəfə 1956- ci ildə fevralın 14 də yayıma start verib. Bakı studiyası əvvəlcə həftədə iki, sonra 3 dəfə 2 saatlıq proqramla efirə çıxırdı.
©
Paylaş: