Xəbər lenti

 

Öksüz haqqında hazırlanan iddianamədə konqresə yalan ifadə vermək də daxil olmaqla 5 cinayətdə təqsirləndirilib.

FETO üzvü Kemal Öksüz bu gün hakim qarşısına çıxır.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ konqresinə yalan danışaraq cinayət törədən və günahını boynuna alan Kemal Öksüz bu hakim qarşısına çıxarılacaq.

ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən haqqında iddianamə hazırlanan və keçən ilin avqust ayında Ermənistanda tutulan Öksüzün mühakimə prosesi başlayır.

Ermənistanda tutulandan sonra ABŞ-a verilən Öksüz dekabrda hakim qarşısında verdiyi ilk izahatında haqqında səslənən iddiaları qəbul edib.

ABŞ-ın Nümayəndələr Palatasının ictimaiyyətə təqdim etdiyi sənədlərdə Öksüzün yalan izahat verdiyi, konqres üzvlərini gəzinti xərclərini qarşılamaq üçün Azərbaycan hökümətinə məxsus bir benzin şirkətindən verilən pullardan istifadə etdiyi deyilir.

Öksüz haqqında hazırlanan iddianamədə konqresə yalan ifadə vermək də daxil olmaqla 5 cinayətdə təqsirləndirilib.

Pərvanə Ağazadə

AzNews.az




Ana səhifəyə qayıt        Baxış: 646          Tarix: 11-02-2019, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma