1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Bu gün- 28 May “Respublika günü” dür.Bu münasibətlə Qvqat.com bir necə şairin fikirlərini öz oxucuları ilə bölüşür.
Xan Rəsuloğlu-Bu tariximizin ən şərəfli dönəmidir-həm də o anlamda ki, dünya dövlətləri də "Azərbaycan" adında bir dövlətin artıq rəsmən mövcud ulduğuna, özünü bəyan etdiyinə şahid oldular.
XX əsrin əvvəllərində, 1905-ci il hadisələrindən sonra çar Rusiyasında, "xalqlar zindanında" böyük demokratik canlanmayla ilişgili, Azərbaycanda da, sanki yeni bir mənəvi intibah dövrü başladı, ictimai mühitimizdə xalqın haqq səsini haykıran, millətin sinəsindən vulkan kimi püskürən dahi insanlar üzə çıxdı. M.C.Məmmədquluzadə, Sabir, Ö.F.Nemanzadə, Ə.Hüseynzadə, Ə. Ağaoğlu, N. Nərimanov, Ə.Haqverdiyev, Ü.Hacıbəyov və başqaları, eləcə də, hər sahədə tərpənişlə birgə, nəhayət siyasi arenada öz sözünü söyləyə, əməlini ortaya qoya bilən M.Ə.Rəzulzadə ,Fətəli xan Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov və başqa ictimai xadimlərimiz tarixə öz imzalarını atdı. 28 May tarixini xalqımız ən müqəddəs günlərdən biri kimi qutlamaqla özünün varlığını, inadını, daha xoş sabahlara ümidini təsdiqləyir.
Nizami Muradoğlu-Azadlığımızın təməli qoyulan gün! Dünyaya öz adımızla tanıdılan gün! Milli şərəf və qeyrətimizin təsdiqi günü! Qürur və fəxr günümüz! Heysiyyətimiz və namusumuz! Ərliyimiz və mübarizliyimiz! Şanımız və şöhrətimiz.
Məmməd Tahir – Azərbaycan Demokratik Cümhuriyyəti cəmi 23 ay yaşayıb. Amma qoyub getdikləri 99 ildir ki, yaddaşlardan silinmir. Gələn il Azərbaycan Demokratik Cümhuruyytinin 100 illiyi tamam olur. Güman edirəm ki, respublikamızda bu bayram layiqincə qeyd ediləcək. Amma indidən də ciddi hazırlıqlara başlamaq lazımdır. Şübhəsiz, o cümhuruyyəti quranlar ciddi araşdırılmalı, onların gördüyü işlər dəyərləndirilməli, üzə çıxarılmalı, xalqa çatdırılmalıdı. Bu gün belə sorğu aparsan millət Rəsulzadə və bir-iki nəfərdən başqa kimsəni tanımır. Onların da haqqında çox az məlumata malikdirlər. Bu gün “Respublika günü”dür . Bu münasibətlə bütün qələm dostlarımı ürəkdən təbrik edirəm. Bütün xalqı təbrik edirəm.
Ovqat.com
Paylaş: