Xəbər lenti

 

Gürcüstanda ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasını dəstəkləyənlərin sayı azalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Beynəlxalq Respublika İnstitutunun (İRİ) keçirdiyi sorğunun yekununda bildirilib.

Qeyd olunub ki, sorğu iştirakçılarının cəmi 49 faizi Gürcüstanın NATO üzvlüyünü dəstəkləyib ki, bu da 2009-cu ildən bəri ən aşağı göstəricidir.
Sorğu iştirakçılarının 16 faizi Gürcüstanın 2023-cü ildən sonra üzvlüyə qəbul ediləcəyinə,15 faizi isə heç vaxt üzv ola bilməyəcəyinə inandığını deyib.

İştirakçıların 59 faizi Gürcüstanın alyansa nə vaxt üzv olacağını bilmədiyini qeyd edib.

Qeyd edək ki, 20 may-11 iyun tarixlərində keçirilən sorğuda 1500 nəfər iştirak edib. Sorğunun yanılma payının 2.5 faiz olduğu bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 19-07-2019, 10:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma