Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Lent.az -a müsahibəsini Ovqat.com oxucularına təqdim edirik:
- Deputatlar artıq məzuniyyətdədilər, necə istirahət edirsiniz?
- Həmişəki kimi iş başındayam. Ola bilsin avqust ayı 7-8 gün işdən aralanım, amma qalan vaxtlarda işdəyəm.
- Payız aylarından gözləntiləriniz nədir? Sizcə, siyasi fəallıq necə olacaq?
- Dekabr ayında bələdiyyə seçkiləri olduğu üçün oktyabr-noyabr aylarında siyasi fəallıq artacaq.
- Bəziləri sosial şəbəkələrdə payızda siyasi vəziyyətin gərginləşəcəyini söyləyirlər. Belə çağırışlar cəmiyyət üçün nə dərəcədə təhlükəlidir?
- Belə çağırışarı ciddi və nüfuzlu siyasətçilər etsəydi, bu barədə danışmağa dəyərdi. Bunu edənlərin kimliyini araşdırsanız, görəcəksiniz ki, onların mütləq əksəriyyəti, ya Bakıdakı mafioz qrupların verdiyi 3-5 manata görə söyüş söyürlər, ya da ermənipərəst dairələrin agentidirlər. Təəssüf ki, bəzi aldadılmış, dəyişiklik istəyən gənclər də əsl həqiqətləri bilmədən elə insanlara qoşulub. Amma onlar zaman-zaman tapşırıqla, yaxud pullarını alıb müxtəlif bəhanələrlə aradan çıxan həmin siyasi dələduzları gördükcə daha soyuq başla məsələlərə yanaşmağa başlayacaqlar. Mən həmişə demişəm, bizim xalqımız siyasi baxımdan arzuladığımız səviyyədə inkişaf etməyib. Amma o səviyyyədə də geri qalmayıb ki, ağızlarından çirkab tökülən, psixi qüsurlu bu canlıların (insan deməyə adamın dili gəlmir) çağırışı ilə nəsə edə. O çağırışı edənlərin biri qorxusundan ayağını Bakıya qoymayacaq. Payıza çox az vaxt qalıb, inşallah, o zaman bu söhbətə qayıdarıq.
- Qüdrət bəy, bir məsələyə aydınlıq gətirmənizi istəyirəm. Əli Kərimli tələbə olarkən həqiqətənmi Qarabağa döyüşməyə gedib?
- Yəqin, onun mənim dostlarımla əlində ov tüfəngi çəkdirdiyi şəkil çoxları kimi Sizi də çaşdırıb. O nəinki döyüşməyib, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb. Həmin vaxt biz BDU-da qərara aldıq ki, tələbələr Laçına özünü müdafiə dəstələrinə köməyə getsin. Həmin vaxt ciddi döyüşlər getmirdi, sadəcə kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin şəkili çəkdirib qayıtdı. O həmişə deyəndə ki, mən vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm.100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan necə ağ yalan danışmaq olar?!
- Siz həmin dəstənin tərkibində idinizmi?
- Yox, o vaxt biz Bakıda yerləşən universitetlərin tələbələrini əhatə edən Şimali Azərbaycan Azad Tələbə İttifaqının yaradılması üçün qurultay keçirmək ərəfəsində idik. Təşkilat Komitəsində əldə olunan ilkin razılığa əsasən, sədrliyə mənim namizədliyim irəli sürüləcəkdi və təşkilati işlərlə daha çox mən məşğul idim. Ona görə də mən ikinci qrupun tərkibində getməli idim. Amma sonra tələbələrin gedişi qadağan olundu.
- Sədr seçildinizmi?
- Bəli, Bakı Dövlət Universitetinin 8 saylı yataqxanasının iclas salonunda keçirilən qurultayda mən sədr, Konservatoriyanın tələbəsi Rüstəm Əliyev isə katib seçildi.
- Prezidentin köməkçisi Əli Həsənov son məqaləsində Əli Kərimovu qorxaqlıqda ittiham etmişdi. Nə dərəcədə haqlıdır?
-Əli Kərimovhəm cəsarətsiz, həm də müstəqil qərar qəbul etmək gücündə olmayan, pula həddindən artıq sevgisi olan və siyasi maraqları naminə hər şeyə hazır olan birisidir. Onun bəlağətli çıxışlarına aldanan gənclər, sonradan onu bir az tanıyan kimi qaçırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar