Xəbər lenti
Dünən, 19:25

 

Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zuğulba və Mərdəkan çimərlikləri istisna olmaqla digərlərində çimərliklər mikrobioloji baxımdan çirklidir.

“Report” saytının məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Nərmin Babaşova deyib.

İdarənin əməkdaşları iyulun 25-dən avqust 1-dək çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər. Ərazidə mikrobioloji təhlillər aparılıb.

Onun sözlərinə görə, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir:

“Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır”.




Ana səhifəyə qayıt        Baxış: 344          Tarix: 2-08-2019, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma