Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Lerikdə fəaliyyət göstərən "Relaks” İstirahət Mərkəzinin sahibi, millət vəkili İqbal Məmmədovun oğlu minimum 7 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Hüquqşünas İradə Cavadova "Yeni Sabah”a bildirib ki, İqbal Məmmədovun oğlu və yaxınlarının ittiham olunduğu cinayət ağır cinayətlər kateqoriyasına daxildir və bu baxımdan onlara yüngül cəza veriləcəyi inandırıcı görünmür.
"Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.
Birinci maddədə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, ikinci maddədə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təbii ki, onların əvvəllər məhkum olunub-olunmadıqları, ailə vəziyyəti və s. nüanslar da araşdırılıb nəzərə alına bilər. Amma istənilən halda düşünürəm ki, onlar minimum 7 il azadlıqdan məhrum edilə bilər”, - deyə hüquqşünas bildirib.
Xatırladaq ki, İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və yaxınları "Relaks” İstirahət Mərkəzində vergi yoxlaması aparmaq istəyən Vergilər Nazirliyinin əməkdaşlarına zor tətbiq ediblər. Məsələyə müdaxilə edən Lerik rayonunun polis əməkdaşları da müqavimətlə üzləşiblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar