Xəbər lenti

 

Dünyanın sürəti getdikcə artır. 20 il bundan əvvəl xaricdə yaşayan yaxınlarımıza yazdığımız məktublar bir aya ünvanına çatırdı. İndi dünyanın hansı ölkəsiylə istəsək, canlı bağlantılarla anında ünsiyyət qura bilərik. Əvvəl qatarlar da uzağı 60 km/s sürətlə hərəkət edərdi. İndi dünyanın inkişaf etmiş ölkələrində 400-500 km/s sürətli qatarlara az qala eşşək arabası kimi baxırlar. Baxmayaraq ki, bizdə 100 km/s-la hərəkət edənlərinə belə, sürət qatarı deyirlər. Əvvəl kosmosa yüksəlmək super dövlətlərin belə bacaraca bilməyəcəyi iş hesab olunurdu. İndi torpağının 20%-i işğal altında olan Azərbaycanın da kosmosda 3 peyki var.

Qısası, bütün sahələrdə qarşılaşdığımız sürət artımını insan oğlunun böyük kəşflərinə borcluyuq.

Zamanəmiz sürət və kəşf əsri olduğundan heç kim bu prosesdən kənarda qalmaq istəymir. 

Ovqat.com-un məlumatına görə, İŞİD də mübarizə tarixində “möhtəşəm” bir yeniliyə imza atıb. Əvvəl bədələrinə bağladıqları bombaları partladaraq hədəflərini göyə uçuran xilafətçilər indi özlərini inəklə əvəz ediblər.

Adına şərti olaraq “inək bombası” dediyimiz bu silah artıq İraqda sınaqdan çıxarılıb. İraq ordusunun kapitanı Əkrəm əl-Abidi bu iddianı irəli sürüb. Kapitanın AA-na verdiyi məlumata görə, İŞİD üzvləri bomba yüklü iki inəyi uzaqdan idarə olunan cihazla partladıblar. Diyala vilayətinin Celavla mahalının İslah kəndində törədilən partlayışda bir nəfərin ağır yaralandığı bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 458          Tarix: 1-09-2019, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma