Xəbər lenti

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Tuzla bölgəsindəki hərbi məktəbdə şəkil çəkdirdiyi kürsünün arxasında yerləşdirilmiş xəritə Yunanıstan mətbuatının gündəminə çevrilib.

Axar.az xəbər verir ki, Yunanıstanın “Ekathimerini”, “Ta Nea”, “Ethnos” kimi nüfuzlu nəşrləri Ərdoğanın sözügedən fotosunu öz manşetlərində təqdim edib.

Hər üç nəşr xəritənin Egey dənizi hissəsinə xüsusi diqqət ayırıb. Burada Krit adasından şərqdəki adaların Türkiyə ərazisi kimi göstərildiyini iddia edən yunan mətbuatı ölkə əhalisinin sözügedən fotodan narahatlığını ön plana çıxarıb.




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 2-09-2019, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma