AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, avia zərbələr nəticəsində Hayiş qəsəbəsində 8 dinc sakin həlak olub, çox sayda yaralı var. Hücuma məruz qalan əhalinin qaçqın olduğu bildirilir.
Suriya hərbi hava qüvvələrinin İdlib şəhərini bombalamasından sonra çox sayda insan kimyəvi zəhərlənmədən dünyasını dəyişib. Bunun ardınca ABŞ hərbi gəmiləri Aralıq dənizindən kimyəvi silahın tətbiq edildiyi hərbi bazaya məhv edici zərbələr endirib.