Xəbər lenti

 

İranın cüdo üzrə dünya çempionu hökumətinin Tokioda dünya çempionatında israilli bir rəqibi ilə döyüşməmək əmrinə tabe olmadıqdan sonra Almaniyadan sığınacaq istəyə bilər.

Beynəlxalq Cüdo Federasiyası bazar günü İranın idman nazirinin müavini Davar Zaninin Səid Mollaiyə keçən həftəki yarışdan çəkilməsini əmr etdiyini bildirib. Beynəlxalq Cüdo Federasiyası daha sonra bildirib ki, İran Olimpiya Komitəsinin prezidenti Reza Salehi Amiri Səid Mollaiyə zəng edərək, İranın təhlükəsizlik xidməti işçilərinin onun valideynlərinin evində olduğunu deyib.

Dünya çempionu Mollayi final döyüşlərdə İsrail idmançısı Sagi Muki ilə qarşılaşmalı idi. Dünya çempionatına qədər onların hər ikisi öz kateqoriyalarında ən yüksək ranqlı idmançı idi. Mollayi ona Rusiyaya qarşı döyüşdən də geri çəkilmək əmrinin verildiyini və bunu İsrailə qarşı boykot kimi görmədiyini deyib.

Səid Mollayi döyüşü davam etdirib, lakin sonda yarımfinalda məğlub olub. Buna görə də o, qızıl medal qazanan Muki ilə qarşılaşmaq məcburiyyətində qalmayıb.

Mollayi Beynəlxalq Cüdo Federasiyasına verdiyi açıqlamasında "Mən istədiyim yerdə rəqabət apara bilmək istəyirəm" deyib. “Mən qanunun mənə bunu etməyə icazə vermədiyi bir ölkədə yaşayıram. Seçimimiz yoxdur, bütün idmançılar bu qanuna riayət etməlidir. Bu gün etdiklərimin hamısı yeni həyatım üçündür” deyə, o bildirib.

"Mənim köməyə ehtiyacım var. Ölkə rəsmilərinin mənə geriyə qayıtdıqda heç bir problemlə qarşılaşmayacağımı deməsinə baxmayaraq, mən qorxuram" - deyə, o bildirib.

Beynəlxalq Cüdo Federasiyasının preziednti Marius Vizer Twitter səhifəsində yazdığı mesajında Mollayinin Almaniyada olduğunu və "sığınacaq almaq üçün müvafiq prosedurlardan keçdiyini" bildirib.(Amerikaninsesi.org)




Ana səhifəyə qayıt        Baxış: 412          Tarix: 4-09-2019, 19:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma