Xəbər lenti
 
ABŞ  Suriya aviabazasına zərbə endirməzdən əvvəl Rusiya hərbçilərini xəbərdar edib.
 
 “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
 
Onun sözlərinə görə, xəbərdarlıq iki ölkənin hərbçiləri arasında insidentlərin qarşısının alınması məqsədi ilə müəyyən edilmiş rabitə kanalları vasitəsi ilə ötürülüb.
 
Pentaqon nümayəndəsi rusiyalı hərbçilərlə qurulan  təmasa dair təfərrüatları açıqlamaqdan boyun qaçırıb.    
 
Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib.
 
ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən “Şayrat” aerodromuna 59 qanadlı raketin buraxıldığı bildirilir.  



Ana səhifəyə qayıt        Baxış: 1 127          Tarix: 7-04-2017, 08:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma