Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk olaraq ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Partiyanın Mətbuat və İnformasiya Xidmətindən Ovqat.com-a daxil olan məlumatda belə deyilir.
Məlumata görə, iclasda daha sonra rayon, şəhər təşkilatlarında keçirilmiş görüşlərlə bağlı partiya rəhbərliyinin məlumatı dinlənilmiş, görüşlərin davamı olaraq zona müşavirələrinin keçirilməsi haqqında qərar qəbul olunmuş, həmçinin, Siyasi Şura üzvlərinin təhkim olunduqları regionlar üzrə zona müşavirələrində iştirakı ilə bağlı qrafik təsdiq olunmuşdur.
İclasda növbəti məsələ olaraq AMİP Mərkəzi Şurası iclasının çağırılması ilə bağlı qərar qəbul olunmuşdur. Qərara alınmışdır ki, AMİP Mərkəzi Şurası 06 oktyabr 2019-cu ildə aşağıdakı gündəliklə keçirilsin.
- İctimai-siyasi vəziyyətin müzakirəsi;
- Təşkilati məsələ;
- AMİP-in növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələ;
- Bələdiyyə seçkiləri ilə bağlı məsələ;
- Cari məsələ
Siyasi Şuranın iclasında həmçinin “Köklü islahatlarla dəyişikliklərə doğru” Platformasının təşəbbüskarları olan siyasi partiyalarla əlaqələrin gücləndirilməsi üçün həmin partiyaların rəhbər qurumlarının və Bakı təşkilat sədrlərinin iştirakı ilə ümumi yığıncağın keçirilməsi təklif olunmuşdur.
Paylaş: