Xəbər lenti

 

"Ronaldo mükafatlandırılma mərasiminə qatılmamaqla düz etməyib. Şəxsən bir futbol azarkeşi kimi onun Messinin qalib olduğu mükafatlandırma mərasiminə qatılmaması mənə çox pis təsir etdi. Onun etdiyi xudpəsəndlikdir".

Hurriyyet.org bildirir ki, bunu Oxu.az-a siyasətçi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.


İki gün əvvəl İtaliyanın Milan şəhərində futbolda ilin ən yaxşıları açıqlanıb. FIFA tərəfindən milli komandaların baş məşqçiləri, kapitanları, jurnalistlər və azarkeşlər arasında aparılmış sorğuya əsasən argentinalı Lionel Messi altıncı dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.


II yeri UEFA tərəfindən Avropanın ən yaxşısı seçilmiş hollandiyalı mərkəz müdafiəçisi Vircil van Deyk, III pilləni isə əvvəl beş dəfə dünyanın ən yaxşısı olmuş portuqaliyalı Kriştianu Ronaldo tutub.


Hafiz Hacıyev Ronaldunun hərəkətlərini özündənrazılıq adlandırıb:


“Dünya dağılmayıb ki. Messi seçilib-seçilib də. Sən axı hansı haqla mərasimə qatılmırsan? Şəxsən mən təşkilatçıların yerində olsam, bir də onu mərasim zalının kandarına yaxın buraxmaram.


Səsvermədə də baxıram ki, Messi Ronaldoya səs verib. Amma bu Ronaldo Messini heç üçüncü yerə də layiq görməyib. Bilirsiniz, sən yaxşı futbolçu ola bilərsən, sən ayağına hamını qatıb keçə bilərsən, amma adam olmaq lazımdır, adam”.




Ana səhifəyə qayıt        Baxış: 550          Tarix: 25-09-2019, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma