Xəbər lenti

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviçin oktyabrın 8-də 64 yaşında vəfat etməsi ilə bağlı xəbər vermişdik.

Medicina.az publika-nın məlumatına görə xəbər verir ki, tanınmış aktyor Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən rus məzarlığında dəfn edilib.

Aleksey Saprıkinlə kilsədə təşkil edilən vida mərasimindən bəzi fotoları təqdim edirik.

Qeyd edək ki, S.A.Alekseyeviç 1955-ci ilin avuqustun 18-də Bakı şəhərində anadan olub.
O, 2000-2009-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra isə ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Dövlət Akademik Rus Teatrının səhnəsində dram artisti kimi çalışan Aleksey Saprıkin müxtəlif səpkili rəngarəng obrazlar qalereyası yaradıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı aktyorun ölümü ilə əlaqədar başsağlığı verib.
 



Ana səhifəyə qayıt        Baxış: 526          Tarix: 11-10-2019, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma