Xəbər lenti

 

İranın Şimal əyalətlərindən bir neçə millət vəkili Xəzər dənizinin suyunun başqa əyalətlərə aparılmasına etiraz ediblər.

Aznews.tv xəbər verir ki, etiraz əlaməti olaraq Mazandaran, Gülüstan və Gilan əyalətlərinin millət vəkilləri İslam Şurası Məclisində toplaşıb.

Vəkillər “Xəzər dənizindən su götürməyə yox”, “mütəxəsislərin fikrinə qarşı qərar Xəzər dənizinin məhvinə bərabərdir”, “Millət Xəzərin məhvinə icazə vermir”, “Zayandeh Rud və Urmu gölü bəlasını Xəzər dənizinin başına gətirməyin” mövzularında yazılar yazıb, məclisdə nümayiş etdiriblər.

Bir qrup millət vəkili məclisin gündəliyini qısaca dayandırıb və lövhələr qaldırıb.

İclasa sədrlik edən Məsud Pezeşkiyan bunun İslami Məşvərət Məclisinin daxili qaydalarına zidd olduğunu təkrarlayaraq deputatlardan vəzifələrinə qayıtmağı tələb edib.

Qeyd edək ki, Gilan, Mazandaran və Gülüstan əyalətlərinin millət vəkilləri Xəzər sularının prezident Ruhanının ana yurdu Semnan əyalətinə verilməsinə qarşıdırlar. Onlar bu işi çevrə və Xəzər dənizi üçün “böyük faciə” adandırırlar.




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 16-10-2019, 00:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma