Xəbər lenti

 

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı müsahibəsində bildirib ki, razılaşdırılmamış aksiyanın keçirilməsinə imkan verilməyəcək.

“Bakı Şəhrə İcra Hakimiyyətinin razılığına əsasən, Qaradağ rayon ərazisində mitinqin keçiriləməsi üçün münasib yer ayrılıb, bunun əsasında mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilib.

Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir. Bu, qanunla qadağandır. Həmin gün polis digər hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək. Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət təşkilatçıların üzərində qalacaq. Həmin şəxslərə qarşı qanunun icazə verdiyi ən sərt tədbirlər görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara üzümü tutub deyirəm ki, onlara aldanmasınlar”.

Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. 

Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi" İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə BŞİH-nin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə "28 May" metrostansiyası qarşısında keçirəcəklərini bildirib.\\Yeni Sabah

 

 




Ana səhifəyə qayıt        Baxış: 405          Tarix: 18-10-2019, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma