Xəbər lenti

  

Rufanə Qılmanqızı

 

İlin əvvəllərind Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşərək silahlı münaqişə həddinə çatdı. Bu gərginliyə səbəb isə Hindistanın Kəşmir bölgəsindəki Pulvuma əyalətində baş verən terror  aktı idi. Terror nəticəsində  rəsmi məlumatlara görə, 45-dən çox hindli əsgəri personal həlak oldu, Bu hadisədən az sonra Hindistan rəsmi dairələri bunun arxasında  Pakistan gizli servisinin yaratdığı  “Ceyş-i  Məhəmməd” adlı radikal qurupun durduğunu bildirdi.

Terror aktından az sonra isə Hindista Hərbi Hava Qüvvələri  Pakistan hava sərhəddini  pozaraq Balakat əyalətini bombaladı, adekvat olaraq Pakistan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarənin vurulduğunu və bir hindli pilotun əsir götürdüyünü dünyaya göstərdi. Hadisələrin gərginləşməsini istəməyən Pakistan Baş Naziri İmran Xan əsir götürülən hindli pilotu geri verməyə hazır olduğunu bildirərək, hadisələrin sakitləşməsi üçün BƏƏ, Səudiyyə Ərəbistanından və Türkiyədən vasitəçi olmaqlarını xahiş etdi. Beləliklə, iki ölkə arasında baş verən silahlı toqquşma böyümədən sona çatdı. Ancaq bu, hələ iki dövlət arasında gərginliyin  tamamən başa çatması demək deyil.

 

     Bu  ölkələr arasında uzun zamandır davam edən gərginlik hələlik nəzarət altına alinsa da, gələcəkdə digər dövlətlərin birbaşa və ya dolayısı yolla burada öz regional və qlobal mübarizələrinin davam edəcəyinin  siqnallarını verir. Silahlı münaqişənin əsas fazasını hər iki ölkə havada aparırdı.

   Əslində havada təkcə Hindistan və Pakistan arasında  deyil, eyni zamanda ABŞ və Rusiya arasında da ciddi mübarizə gedirdi. Hindistan hərbi hava qüvvələrinin istifadə etdiyi Rusiya istehsalı olan MİG 21, və CУ 30 MK, Pakistan isə əsasən ABŞ təyyarəsi olan F 16-larla vuruşurdu. İki Asiya ölkəsi arasındakı bu ziddiyyətlər həm də dünyanın ən böyük silah istehsalçılarının öz məhsullarını nümayiş etdirdikləri bir sərgi kimi diqqətə şayan idi. Gərginliyi hələ də davam edən bu münaqişədə Rus MİG-21- lərin havada F-16 lardan zəif olduğu göründü və Hindistan Hərbi Hava Qüvvələrinin tezliklə yeni tipli təyyarələr alaraq öz çatışmazlığını aradan qaldıracağının  zəruriliyini ortaya qoydu. Yaxın zamanda Rusiya və ABŞ-dan olan səlahiyyəlilərin Hindistana səfər edəcəkləri də böyük ehtimaldır. Çünki  ABŞ və Rusiya Hərbi Sənaye Kompleksləri üçün böyük sifarişlər gözlənilir.

    Silahlı  toqquşma nəzarət altına alındıqdan sonra hər iki dövlət münaqişəni diplomatik yolla davam etdirirlər Hindistan başta ABŞ, Fransa, İsrail kimi dövlətlərin dəstəyini alaraq  məsələni terror və terroristlərlə mübarizə  müstəvisinə yönəltməyə, Pakistanın F 16-ları ABŞ-la bağlanan müqaviləyə uyğun istfadə etmədiyi üçün ən azı qınamaği tələb etdi. Pakistan isə təcili İİT (İslam İş birlyi Təşkilatı) toplantıya çağırmışdı. 

 

Hindistanın da iştirak etdiyi toplantıdan bu ölkəni qınayan qərarın çıxması Pakistanı məmmun etdi. Lakin ABŞ F-16-la ilgili Pakistan heç nə demədi.

  Kəşmirdəki böhranı daha diqqətlə araşdırmaq üçün son illərdə burada baş verən hadisələrə nəzər yetirmək lazımdır. Xüsusilə Çinin “Yeni İpək Yolu” layihəsi  yeni ittifaq  arayışlarından narahat  olan ABŞ bəzi qabaqlayıcı tədbirlər  görür. Buraya D.Trump zamanında Mondinin Rusiyadan S-400-ləri almaq ehtimalı da daxildir

     B.Obama zamanında ABŞ Çinə qarşı  tarazlaşdırma siyasəti başlatmış, “ofshore balansing” siyasəti ilə Çinin inkişafını tarazlaşdırmağa və nəzarətdə saxlamağa çalışmışdı. D.Trump hakimiyyətə gələndən sonra da ABŞ-ın bu siyasəti davam etmiş, ABŞ Cənubi Çin Dənizində C.Koreyanın və Yaponiyanın təhlükəsizliyini qorumaq adı ilə tez-tez görünməyə başlamışdır. Trump zamanında Çinə qaşı təzyiqilərini artiran ABŞ Şri-Lankadan Maldivlərə, Kambocadan Nepala qədər baş verən hadisələr başda Çin və Rusiya kimi  konvensional güclərin Cənubi Asiya siyasətindəki yeni aktiv rolları regionda oyun qaydalarının dəyişəcəyini göstərir.

Hindistan və Pakistan kimi regionda olan aktyorlar bu qütbləşmədə önə çıxmışdır. Şri-Lanka və Moldivlərin daxilində yaradılan böhrandan istifadə edən ABŞ BMT-nin dəstəyini də alaraq, Çinə qarşı təzyiqlərini artırmış və Çin istəməyərək də olsa, Hindistanla müsbət əlaqələr yaratmağa vadar edilmişdi.

 

Bu videoda: Pakistanla Hindistan arasında xoruz döyüşünü andıran soyuq savaş görüntüləri

 

 

     Çinə qarşı əlini gücləndirmək istəyən ABS Əfqanıstandandaki Taliban qüvvələrinin səlahiyyətli şəxsləri ilə danışıqlar aparır,  oradaki  əsgəri kontingentinin sayının məhdudlaşdırılacağına dair məlumatlar yayır ki, bu da yeni suallar doğurur: “ABŞ sonrası Əfqanıstanın vəziyyəti” necə olacaq və ya ABŞ münaqişəni Kəşmirəmi daşıyır? Suriyadan çıxan DEAŞ haraya yerləşdirilir? Heç təsadüfi deyil ki, Əl  Kaidə və  DEAŞ qruplaşmaları yenidən seçilərsə, Modiyə qarşı intiqamlarının çox sərt olacağını bəyan etmişdilər. Pakistanın bu quruplara təsir gücünün də böyük olduğu aşikardır. Qarşıdakı zamanlarda Kəşmir silahlı mübarizənin episentri olma yolunda irəlilərkən yuxarıda haqqında danışdığım “Ceys-i  Məhəmməd” təşkilatının adını daha tez-tez eşidəcəyik. Bu təşkilat 2011-ci ildə Hindistan parlamentinin binasına silahlı basqın etmiş və onun lideri Məsud Əhrər 2014-cü ilə qədər “yoxa çıxmışdır”. 2014-cü ildə Hindistana qarşı yürüşə rəhbərlik edən Əhrər bu il Hindistanda keçirilən seçkilərdə  indiki Baş nazir H.Modi qalib gələrsə öldürüləcəyini bəyan etmişdi.

 

Burada  bir məsələni də qeyd etmək lazımdır ki, Hindistanda sürətlə Hindu milliyətçiliyi (Hindivuda)geniş yayılır. Hindivuda Xristian və Kasta dan başqa bütün dinlərə  xüsusi ilə də müsəlmanlara qarşı çox amansız olacaqlarını bəyan etmişlər. Təəssüf ki, Hindistan hökuməti də bütün bunlara qarşı özünü görməməzliyə vurur. Daha təhlükəlisi isə Hindu milliyətçiliyinin atası sayılan Savarkarın Hindivuta-Sionizm qardaşlığını bəyan etməsidir.  Bütün bunlar  yaxın gələcəkdə hadisələrin    Cənubi Asiyada gərginləşəcəyi siqnalını verir.




Ana səhifəyə qayıt        Baxış: 3 205          Tarix: 4-11-2019, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma