Xəbər lenti

  

Məclisin bir sıra nümayəndəsi ölkədə benzinin və yanacağın qəfildən bahalaşmasından sonra prezident Həsən Ruhaninin impiçmenti, eləcə də Məclis rəisi Əli Laricaninin işdən çıxarılması üçün imza toplamağa başlayıblar.

Eyni zamanda Bukan nümayəndəsi Məhəmməd Qasim Osmani benzinin qiymətinin bahalaşması ilə bağlı təsdiqlənmiş layihədə məclisin rol oynamamasına görə istefasını Məclisin Rəyasət Heyətinə təqdim edib.

Məclisin iclasında bir neçə səbəbə görə, o cümlədən, “münaqişəli çıxışlar, müqavimət iqtisadi siyasətini icra etməməsi və ölkənin müdiriyətində bacarıqsızlığı”na görə prezident Ruhaninin impiçment qanunun hazırlandığı haqda xəbər yayıb.

Məlumatlara görə, 60-a qədər millət vəkili indiyədək Həsən Ruhaninin impiçment qanunu imzalayıblar.

Məhabad nümayəndəsi Cəlal Mahmudzadə isə “Əlef” saytına bildirib ki, Ruhaninin impiçment qanunu əsasən altı mehvərdən ibarətdir:

“Məclisin dünənki iclasında 28 nümayəndə tərəfindən imzalanıb. İmpiçment üçün imzaların toplanması davam edir”.

Xatırladaq ki, məclisin daxili qayda-qanunlarına əsasən, prezidentin impiçment qanununun Rəyasət Heyətinə təqdim olunması üçün Məclis nümayəndələrinin azı üçdə birinin imzası lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 1 405          Tarix: 18-11-2019, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma