“NATO Əfqanıstanda qorxaqlıqla təslim oldu, radikal Taliban hərəkatı ilə danışıqları dayandıraraq ölkəni yenidən beynəlxalq terrorizmin mərkəzinə çevirə bilər”.
Teleqraf.com xəbər verir ki, Çexiya Prezidenti Miloş Zeman belə hesab edir.
Onun sözlərinə görə, NATO beynəlxalq terrorizmə qarşı fəal şəkildə mübarizə aparmalı və bunun üçün mövqelərini boşaltmamalıdır:
“Məsələn, Əfqanıstanda nə baş verdi? Orada danışıqlar dayandırıldı və gələcəkdə bunun bərpa olunacağına heç kim zəmanət vermir”.
Çexiya prezidenti hesab edir ki, belə bir vəziyyətdə, Taliban Əfqanıstana tamamilə nəzarət etmək və narkotik satmaqla böyük maliyyə vəsaitləri əldə edərək yeni beynəlxalq terror mərkəzi yaratmaq üçün hər cür fürsətə malikdir:
“Təəssüf ki, NATO son hərəkət yerini - Əfqanıstanı tərk etmək üçün hər şeyi edir. Mən bunu təslim olmaq və qorxaqlıq kimi qiymətləndirirəm və bu barədə yüksək səslə danışıram”.
Sentyabrda ABŞ Prezidenti Donald Tramp Taliban liderləri və Əfqanıstan hökuməti arasında danışıqların dayandırıldığını açıqlamışdı.
Paylaş: