Xəbər lenti
Bu gün, 19:25

 

Teref.az saytı yazır ki, bu dəqiqələrdə Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova saytımıza müraciət edərək bildirdi ki, onun adını yeni yaradılan HAQQ ƏDALƏT PARTİYASININ təşkilat komitəsinin üzvü kimi hallandırıblar!
Qalibə xanım dedi:
" Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm. 
Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm! Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar!
Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova"

Ovqat.com-un məlumatına görə, bu gün keçmiş Səhiyyə naziri Əli İnsanov və tərəfdarları Haqq Ədalət Partiyası adlı yeni siyasi təşkilat qurduqlarını bəyan etmişlər.




Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 24-11-2019, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma