Xəbər lenti

 

Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb. 

Oxu.Az-ın məlumatına görə, ombudsmanlığa üç nəfərin namizədliyi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ deputatların səsverməsinə çıxarılıb və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşı Səbinə Əliyeva İnsan Hüquqları üzrə Müvəkkili seçilib. 

Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfər onun Ombudsman olmasının lehinə səs verib. 

Oxu.Az Ombudsmanın qısa tərcümeyi-halını təqdim edir:

Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. O, Bakı Dövlət Universitetini bitirib. Daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib (Beynəlxalq münasibətlər). İxtisasca hüquqşünasdır.

S.Əliyeva 2000-ci ildən Konstitusiya Məhkəməsində çalışır. Daha əvvəl müfəttiş-kargüzar, böyük mütəxəssis, Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin köməkçisi vəzifələrində çalışıb.

S.Əliyeva hüquq üzrə fəlsəfə doktorudur. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

3-cü dərəcəli Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur. İki övladı var.

Qeyd edək ki, bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü. 

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.




Ana səhifəyə qayıt        Baxış: 440          Tarix: 29-11-2019, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma