Xəbər lenti
 
Teref.az yazır ki, dünən Ağstafa İcra başçısının və onun 1-ci müavininin həbsi ilə bağlı yayılan qalmaqallı xəbərdən sonra Ağstafa İcra hakimiyyətindən daha bir müavinin həbs edildiyi barədə xəbər yayıldı. Daha doğrusu bəzi xəbər portallarında Ağstafa İcra Hakimiyytinin başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Eyyubova Lalə Sücayət qızının istintaqa cəlb edildiyi, bəzilərində isə həbs edildiyi ilə bağlı xəbərlər yayıldı. Bu xəbərlrin sensasiyon sayılacaq bir özəlliyi var idi. Xəbər portallarının verdiyi məlumata görə Lalə Eyyubova AR Baş Nazirinin müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir. Əslində cinayətin mahiyyətinə baxanda bu xanımın icra başçısının komandasında olduğunu nəzərə alsaq, onun istintaqa cəlb edilməsində elədə gözlənilməz bir şey yoxdur. Ola bilıməz ki, sən qos qoca bir rayonda, icra admnistrasiyasında İctimai-siyasi və humanitar şöbəyə rəhbərlik edəsən və burda baş verən hadisələrdən xəbərin olmaya. Olmayıbsa lap ayıb, deməli sən heç öz yerində deyilsən. 
Həmdə Lalə Eyyubovanın hansı ailədən çıxdığını və bu ailənin idarəetmədə hansı təcrübəyə malik olduğunu nəzərə alsaq bu iddia heç də əsassız göprünməz. 
AR Baş Nazirin müavini Yaqub Eyyubov kimdir, mətbuada apardığımız araşdırmaların nəticəsində öyrəndiyimiz bilgiləri oxucularla bölüşürük.
Teref.az yazır ki, azinforum.az saytının yazdığına görə Yaqub Eyyubovun bir qardaşı Yusif Abdulla oğlu Eyyubov Azərbaycan Sahibkarlar konfederasiyasının Balkanlardakı nümayəndəsidir və 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir.
(https://azinforum.az/aktual/bas-nazirin-1-ci-muavinin-qardasi-avropada-masaj-salonu-isl%C9%99dir-fotofakt/)
Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun biznesi Avropadan okeanın o tayına – Kanadaya qədər uzanır. Orxan Eyyubov 2012-cu ildən Britaniya vətəndaşlığına keçib.O zaman Yaqub Eyyubov artıq Azərbaycan respublikasının baş nazirinin birinci müavini idi. Oğlu İngiltərə vətəndaşı 74 yaşlı atası isə AR-nın baş nazirinin birinci müavini
https://www.xural.com/yaqub-eyyubovun-oglunun-avropadan-okeanin-o-tayina-q%C9%99d%C9%99r-uzanan-biznesi-s%C9%99n%C9%99dl%C9%99r/)
Onun daha bir oğlu Emin Eyyubov diplomatdır.
Ən əsası isə, hakimiyyətdə olan bu maştabda fiqurların içində ən gözə görünməz, səsi eşidilməsədə, gücü daim hiss olunan fiqurdur .
Teref.az yazır ki, cumhurriyet.net saytının yazdığına görə, Yaqub Eyyubovu hökümətdə daha çox “kölgə adam” kimi tanıyırlar. Üzdə xarici qonaqların qəbul-yola salma prosesində görünsə də, iqtisadiyyata yönəlik fəaliyyəti sanki yoxmuş kimi, heç bir zaman qabarıq olmayıb. Amma Baş nazirin birinci müavininin işini çətinləşdirən amillərdən biri təkcə kollektivin ona etimadının olmaması ilə bağlı deyil. Bildiyiniz kimi, Yaqub Eyyubovun səlahiyyət kurasiyasına görə, ölkəyə alınıb gətirilən bütün silah- sursatlar məhz onun nəzarəti və bilavasitə iştirakı ilə həyata keçirilir. Silah alveri isə bütün dünyada qaranlıq iş kimi tanınır. Burada heç bir şəffaflıq olmadığı üçün alqı-satqıda bir çox manipulyasiyaların olmadığını heç cür iddia etmək olmaz.

Başqa tərəfdən, zaman-zaman mətbuatda müəyyən sövdələşmə əsasında ölkəyə yararsız, istismar müddəti qurtarmış texnikaların, təyyarələrin alınıb gətirilməsi haqda informasiyaların dərc olunması da heç kimin yaddaşından çıxmayıb. Mənbənin iddiasına görə, bu gün o və ona oxşar proseslər baş verməkdə davam edir. İddiaya görə, bəzi güc qurumlarına, xüsusilə Daxili Qoşunlar və Sərhəd Xidmətinə onlara aidiyyatı olmayan silahlar sırınır. Hətta uyğunsuz silah-sursatların təhvil alınmasında etirazların olduğu və bəzi silah növlərinin istismara qəbul edilmədiyi, aylarla havadan asılı qaldığı haqda informasiyalar da dolaşır.
(https://www.cumhuriyyet.net/sonxeber/5471-yaqub-eyyubov-haqda-shok-faktlar.html)

Əslində bir çox ekspertlər 74 yaşlı Eyyub Yaqubovun oktyabr "hökuməti qocalardan təmizləmə dalğasında" istefa verəcəyini gözləyirdilər.lakin bu baş vermədi.Ancaq bir az keçməmiş oun qardaşı nəvəsi ilə bağlı bü hadisənin şahidi olduq. Teref.az-la bölüşən bəzi mənbələrin dediyinə görə əslində bu qocaman məmur oliqarxa bir xəbərdalıq idi. Futbol termini ilə desək Yaqub Eyyubovu "ofsayta" salırlar.
Gecikmiş olsada bu gün yayılan məlumata görə Ağstafa Rayon İcra Hakimiyyətində məlum səbəblərdən hazırda ümumi iclas keçirilir. İclasda icra başçısı və birinci müavinlə birgə həbs edildiyi deyilən başçının digər müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova da iştirak edir. 

L.Eyyubovanın köməkçisinin sözlərinə görə, L.Hüseynovanın həbsi ilə bağlı yayılan məlumatlar yalandır!
Teref.az



Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 21-12-2019, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma