Türkiyənin sabiq Baş Qərargah rəisi, general İlkər Başbuğ təqaüdə çıxdıqdan sonra həbs edilmişdi. Ergenokon prosesində həbs edilən 26-cı baş qərargah rəisi 26 ay həbsxanada qaldıqdan sonra azadlığa buraxılmışdı.
Teleqraf.com xəbər verir ki, Ergenokon işinin sadəcə tələ olduğu ortaya çıxdıqdan sonra, general Başbuğa necə tor qurulduğu da Ankara Prokurorluğunun araşdırması ilə ortaya çıxıb.
Prokurorluq sabiq Milli Kəşfiyyat Xidmətinin (MİT) əməkdaşı Məhməd Barinerin ölkədən qaçırmaq təşəbbüsünə görə tutduğu MİT mənsubu Ənvər Altaylı haqqında hazırladığı iddianamədə xüsusi bir bilgiyə rast gəlinib. Altaylının kompüterində Fətullah Gülənə yazılan məktub ortaya çıxıb.
Altaylı 2008-ci il tarixli məktubunda “Möhtərəm Əfəndim” dediyi Gülənə İlkər Başbuğun Baş Qərargah rəisi olmasına dair informasiya verir və əlavə edir ki, yeni Baş Qərargah rəisinin Gülən və onun xidmətinə baxışı son dərəcə mənfidir.
Məktubda əlavə edir ki, general Başbuğ səlahiyyətlərinin icrasına başlayan kimi 7 generalın izləmə və dinləməyə alınmasına dair təlimat verib. Yeddi generalın izlənməsi və danışıqlarına qulaq asılmasına səbəb onların Gülən tərəfdarı olması iddiasıdır.
Altaylı başqa bir məktubunda isə Ergenokon iddiası ilə saxlanılan və həbsxanada vəfat edən MİT əməkdaşı Kaşif Kazinoğlunu hədəf göstərən ifadələrdən istifadə edir. “Şenkal Atasagunun Özbəkistan üzrə məmuru olaraq işləyən Kazinoğlunu Daşkənddə MİT-in Orta Asiya kəşfiyyatına başına gətirib. Məktəblərin bağlanılması prosesinə ən böyük xəyanət bu şəxsə aiddir”,- Altaylı məktubunda qeyd edib.
Altaylı məktubunda MİT-in FETÖ ilə əlaqəsi olan 20 nəfəri izləməyə başladığını və bunun da arxasında Kazinoğlunun durduğunu qeyd edərək əlavə edir ki, Baş nazir müşaviri vasitəsilə təşəbbüs göstərərək Kazinoğlunun təsirsiz hala gətirilməsi və 20 şəxslə bağlı izlənmə prosesinin dayandırılmasınə təmin edə bilər, fəqət baş nazirin belə bir addm atacağı qənaətində deyil.
Sabiq MİT əməkdaşı Ənvər Altaylı və kürəkəni Mətin Can Yılmaz 2016-cı il dövlət çevrilişindən sonra FETÖ-dən qovulan MİT işçisi Məhməd Barineri xaricə qaçırmaq iddiası ilə 2017-ci idə saxlanılıb.
Altaylının FETÖ üzvü, casusqluq və şəbəkə idarəçisi olmaqda təqsirli bilinərək 35 il həbsi istənilir.
Paylaş: