Xəbər lenti

 

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Kamaləddin Qafarovun seçkiqabağı təbliğat və təşviqat tədbirləri davam edir.

Yanvarın 19-da K.Qafarov öz seçki qərargahının bir qrup üzvü ilə Binəqədi rayonunun Xutor qəsəbəsində yaşayan Abdullayevlər ailəsinin qonağı olmuşdur. I qrup əlil Lətif Abdullayev ailə üzvlərinin güzəranı ilə maraqlandığı, onlara baş çəkməyə gəldiyi üçün Kamaləddin Qafarova öz minnətdarlığını bildirmişdir.

Çay süfrəsi arxasında səmimi söhbət zamanı Milli Məclis deputatlığına namizəd ötən müddət ərzində ölkəmizdə görülən işlər, qarşıda duran vəzifələrdən danışmış, ailənin qayğı və problemləri ilə tanış olmuşdur.

Güllüzar Abdullayeva ərinin və oğlu Emil Abdullayevin birinci qrup əlil olduğunu, dövlətin önların müalicəsi və sosial problemlərinin qarşılanması üçün lazım olan bütün tədbirləri gördüyünü və ailənin rifahının son dövrlərdə daha da artdığını bildirmiş, dövlətimizə qayğı və diqqətə görə minnətdarlığını bildirmişdir.

Kamaləddin Qafarov Abdullayevlər ailəsinin çətinliklərinin qarşılanmasının, əlillərin tədrici reablitasiyası üçün tədbirlərin görülməsinin dövlətimizin prioritet fəaliyyət istiqaməti olduğunu vurğulamışdır.

K.Qafarov həmin gün M.Ə.Rəsulzadə qəsəbəsində, Arif Hüseynov adına küçədə yaşayan I qrup əlil Zinaida Unayeva və ailəsi ilə də görüşmüşdür. Zinaidanın anası Füruzə xanım Kamaləddin müəllimi səmimi qarşılamış, onu evlərində görməkdən məmnun olduğunu bildirmişdir. K.Qafarov serebral iflic səbəbli ayaq hərəkətlərində problemlər olan Zinaida ilə ətraflı söhbət etmiş, onun hökmən sağalıb ayağa qalxaraq əmək qabiliyyətli insan olacağına inam ifadə etmişdir. Kamaləddin müəllim bunun üçün əlindən gələcəyini əsirgəməyəcəyini, hətta sağaldıqdan sonra onun işlə təmin olunacağına dair söz vermişdir.




Ana səhifəyə qayıt        Baxış: 478          Tarix: 23-01-2020, 01:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma