Xəbər lenti

 

İranı tərk edən vətəndaşların ödəyəcəyi rüsumun məbləği açıqlanıb.

Bununla bağlı İran Məclisi qanun layihəsi qəbul edib.

Bu qərara əsasən, Avropa ölkələrinə hava nəqliyyatı ilə xaricə səfər edən hər kəs 5 milyon tümən ödəyəcək. Məbləğ Şərqi Asiya və Uzaq Şərq üçün 4 milyon, ABŞ və Kanada üçün isə 10 milyon tümən nəzərdə tutulub.

Türkiyə, BƏƏ və digər qonşu ölkələrə hava səyahəti zamanı 2 milyon tümən civarında rüsum ödəniləcəyi bildirilib.

Rüsum ödəmədən vətəndaşların ölkədən çıxışına icazə verilmir.

Bu qanunun başqa bir maddəsinə əsasən, ölkə daxilində səfərlər zamanı da bilet qiymətlərinin beş faizi həcmində vergi tutulacaq. Vergi bilet pulu ilə yanaşı sərnişinlərdən alınmalıdır.

Məclisin İqtisadiyyat Komissiyasının rəisi İlyas Həzrəti, bunu pul yox, rüsumun artması adlandırıb.

“Əslində, bu, yeni bir məsələ deyil. Rüsumların hər il artması normaldır”.

Mədəni miras, Turizm və Əl işləri üzrə idarənin müavini Vəli Teymurinin dediyinə görə, 33 saylı layihənin təsdiqlənməsi xəbəri, turizm sahəsində bütün məsulları təəccübləndirib. O, bu qanunun icrasının turizmin əsas çöküş səbəblərindən olacağını bildirib.

Təbrizin millət vəkili Şəhabəddin Biymeqdar da bu duruma reaksiya bildirib. O qeyd edib ki, sanksiyalar və neftin satılmaması dövlətin ümumi büdicəsini təmin etməkdə çətinlik yaradıb. Büdcə çatışmazlığını təmin etməkdə bundan başqa çıxış yolu qalmayıb.

Bütün bu açıqlamalar isə ictimai şəbəkələrdə istifadəçilərin çox sərt reaksiyalarına səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 596          Tarix: 27-01-2020, 13:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma