Suriya ordusu paytaxt Dəməşqin hava sahəsinə girən düşmən hədəfini vurub.
Ovqat.com xəbər verir ki, məlumatı Suriyanın dövlət televiziyası yayıb.
Ölkənin rəsmi xəbər agentliyi SANA isə “zərərsizləşdirilən” hədəflərin işğal altında olan Qolan təpələrindən atıldığını bildirib.
Sosial mediada paylaşılan görüntülərdə Suriyanın hava hücumundan müdafiə sistemlərinin Dəməşq hava məkanına daxil olan hədəflərə zərbə vurması anları əks olunub.
Hadisədə ölən və ya mal itkisi olub-olmadığı hələ məlum deyil.
"23.45-də Suriyanın hava hücumundan müdafiə sistemləri işğal olunmuş Golan'dan düşmənin raketlərinə cavab verdi və bəziləri hədəflərinə çatmadan zərərsizləşdirildi", - deyə Suriya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Al Hadath agentliyinə isə, hücumun Livan ərazisindən edildiyini bildirib.
Hələ təsdiqlənməmiş bəzi iddialara görə, hücumun hədəfi Beynəlxalq Şam Hava limanı yaxınlığındakı silah-sursat anbarı olub.
Paylaş: