ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibəsində Azərbaycanda fevralın 9-u keçirilmiş növbədənkənar parlament seçkiləri, səsvermədən gözləntilər, beynəlxalq ictimaiyyətin reaksiyası və ABŞ-Azərbaycan münasibətlərindən danışıb.
Amerikanın Səsi: Cənab səfir, Azərbaycan hökumətinin dekabr ayında növbədənkənar seçkiləri elan etməsi çoxları üçün gözlənilməz oldu. Bəzi müşahidəçilər bu qərarın arxasında duran səbəbləri təhlil edirdi, başqaları isə yeni parlamentin dəyişiklik gətirə biləcəyini bildirirdi. Lakin nəticələr çox az dəyişiklik olduğunu göstərir, belə ki, qanunvericilərin əksəriyyəti yenidən seçilib. Sizin seçkilərlə bağlı fikirləriniz nədir?
Səfir Kazlariç: Düzdür. Dekabr ayında mən də özümə eyni sual verirdim ki, niyə görə? Nə üçün növbədənkənar seçkilər keçirmək kimi seçim edilib? Mənim buna cavabım yoxdur. Beləliklə, seçkilər keçirildi və bəlkə tarixçilər gələcəkdə hansısa məqamda bu suala cavab verə biləcəklər.
Bilirsiniz, mən ümid edirdim ki, bəlkə fərqli bir şey olacaq. Dediyim budur ki, bir fürsət var idi. Əgər həm siyasi islahatlar, həm də bütövlükdə cəmiyyətdə demokratik islahatlara və nəticədə iqtisadi islahatlara ciddi yanaşırsınızsa, siz seçkilərdən həqiqətən bunu nümayiş etdirmək üçün istifadə edirsiniz. Amma yenə də seçki məntəqələrində çəkilmiş müxtəlif videoları və səslərin necə hesablandığını görəndə bilirsinizmi, bu, mənim 1995-ci ildə gördüklərimlə eyni şey idi; yəni, seçki qutularının doldurulması baxımından səsvermə prosesinin gedişi və seçkiləri buna ehtiyac olmadan saxtalaşdırmaq.
ABŞ və Azərbaycan dostdur. Biz artıq on illərdir ki dostuq. Və bilirsiniz ki, işlər yaxşı getməyəndə dostlar açıq və səmimi danışır. Və mənə elə gəlir ki, bəyanatda da bu əks etdirilib.
Beləliklə, qənaətim budur ki, məni bütün bu ritorika məyus edir, həm hökümət, həm prezident Əliyev şəxsən, həm də bunun həqiqi dəyişiklik yaradacağına ümid bəsləyən Azərbaycandan kənarda olan insanlar tərəfindən. Məni indi narahat edən baş verənlərdir. Artıq çox amansız bir şəkildə yatırılan bir sıra nümayişlərin şahidi olmuşuq. Bildiyimə görə, bəzi müxalifət qrupları 16 fevralda daha bir nümayiş keçirməyə çağırıb. Belə başa düşürəm ki, Bakı bələdiyyə rəhbərliyi bunu rədd edib. Ona görə düşünürəm ki, biz çox çətin bir dövrə giririk. Nəticələrdən çox məyus olan insanlar olacaq və hökumətin bütün bunlara reaksiyasının nə olacağını görəcəyik. Amma əlavə etməliyəm ki, mən hesab edirəm ki, ardıcıl olaraq Azərbaycanda olan beynəlxalq müşahidəçilər və xüsusən ATƏT çox dürüst bir nəticə verdilər. Mən Bakıdakı ABŞ səfirliyinin də çox düzgün bəyanatını yüksək qiymətləndirirəm. Ancaq bilirsinizmi, mən qarşımızda çox çətin bir dövr olacağını düşünürəm.
Amerikanın Səsi: Siz Birləşmiş Ştatların bəyanatını qeyd etdiniz. ABŞ ATƏT-in monitorinq missiyasının müşahidələri və narahatlıqlarını bölüşdüyünü bəyan edib. Sizin fikrinizcə, bunun ABŞ-Azərbaycan münasibətlərinə hansı təsirləri ola bilər? Azərbaycan hökumətindən hansı reaksiyaların olacağını gözləmək olar?
Səfir Kazlariç: Bu anda nə gözlənildiyini söyləmək həqiqətən də çox çətindir. Mən hesab edirəm ki, ABŞ-ın dediklərindən həqiqətən qəzəblənsəydilər, buna heç olmasa indiyə qədər bir cavab verilərdi. Bəlkə də siz mənim görməyidim nəyisə görmüsünüz. Bəyanata rəsmi reaksiya verilməyib. Bildiyimə görə, Xarici İşlər Nazirliyindən ATƏT və qurumla əməkdaşlıq istəyi ilə bağlı şərh verilib. Amma eyni zamanda, Azərbaycanın hakimiyyət strukturlarındakı bəzi insanların tənqidləri, adamların Azərbaycanı tənqid etmək üçün bir səbəb axtardığına və bundan yapışdıqlarına dair bəzi tənqidi şərhləri var idi.
Əgər hökumət dünyaya fərqli bir imic çatdırmaq və öz gənclərini təşviq etmək istəyirsə, həqiqətən də siyasi sahədə olduğu kimi iqtisadi sahədə də fəaliyyətə başlamalıdır.
Bəli, mənim bunu bilmək imkanı yoxdur. Baxın, ABŞ və Azərbaycan dostdur. Biz artıq on illərdir ki dostuq. Və bilirsiniz ki, işlər yaxşı getməyəndə dostlar açıq və səmimi danışır. Və mənə elə gəlir ki, bəyanatda da bu əks etdirilib. Bu, çox dürüst bir qiytmətləndirilmədir. Mənim gözlədiyim odur ki, səfirlik və ABŞ hökuməti Azərbaycanla yaxşı münasibətləri davam etdirmək üçün əlindən gələni edəcək. Fikrimcə, bəyanat özü-özlüyündə yaxşı bir bəyanatdır. Hesab edirəm ki, bu, hökumətin eşitməsi üçün yaxşı bir bəyanatdır. Fikrimcə, bu, Azərbaycan xalqının bunu eşitməsi üçün yaxşı oldu, çünki onlar ABŞ-ın buna nə qədər ciddi yanaşdığını öyrənəcəklər.
Amerikanın Səsi: siz müsahibənin əvvəlində parlamentə gənc insanaların gətirilə biləcəyi ilə bağlı gözləntilərə toxundunuz. Bəzi müşahidəçilərin fikrincə, Azərbaycan hökuməti özü bu dəyişiklikdə maraqlı olmalıdlr və onlar buna səbəblərin də olduğunu bildirir. Sizin bu haqda fikriniz nədir?
Səfir Kazlariç: Bəli. Bilirsinizmi, Azərbaycanın istər parlamentin üzvü kimi, istərsə də hökumətin özündə və mən hesab edirəm ki, bundan daha da önəmlisi, aktiv özəl sector vasitəsilə ölkə iqtisadiyatının inkişafında iştirak etmək üçün böyük sayda istedadlı gəncləri var. Mən ümid etmək istərdim ki, hökumət təkcə islahatlar barədə danışmağın yollarını axtarmaqla yanaşı, əslində, oradakı enerjinin Azərbaycanın rifahına və göründüyü kimi, yoxsul insanlar üçün imkanların yaradılması istiqamətinə yönəldəcək siyasət yürüdəcək. İndi məni narahat edən odur ki, seçki öncəsi insanların danışdığı iqtisadi islahatlar bir neçə ildir mövcud olan heç bir şeydə özünü göstərmir. Mən onu nəzərdə tuturam ki, 3-4 ildən bundan əvvəl elan edilmiş bu yol xəritələri islahatlar üçün bir proses yaratdı. Amma yenə də iqtisadiyyatın diversifikasiyası üçün heç bir şey baş verməyib.
Mən belə düşünürəm ki, Azərbaycan dünya enerji bazarlarında baş verənlərdən narahat olmalıdır. Qiymətlər enməkdədir və Azərbaycan yenə də iqtisadi artım və valyuta ehtiyatlarının böyük hissəsi üçün enerji ixracatından əldə edilən gəlirlərə güvənir. Lakin iqtisadiyyatın diversifikasiyası və yeni iş imkanlarının yaradılması rejimin Azərbaycanda insanlara qoyduğu çox sərt nəzarətin yüngülləşdirilməsi deməkdir. Bu da söz azadlığı, sərbəst səyahət etmək imkanı, rüşvət vermək və ya vergi müfəttişlərinin onlar müvəffəq olduqları zaman gəlib onlardan kitablarını tələb etməkdən çəkinmədən bazara yeni fikirlər gətirmək imkanının verilməsini tələb edir. Mənim nəzərimcə, hökumət bu məsələlərə diqqət yönəltməlidir. Amma bilirsinizmi, biz hərəkət görməyənə qədər mən narahatam. Beş il bundan əvvəlki bank böhranı həll olunmayıb. Və bu baş verənə qədər, hökumətin aktiv görmək istədiyi sahibkaları kim maliyyələşdirəcək? Neft və qaz ətrafında debat dəyişməyib. Mən düşünürəm ki, dünya bu gün iyirmi beş il əvvəl əsrin müqaviləsi imzalananda olduğundan kəskin şəkildə fərqlidir. Və belə düşünürəm ki, burada həqiqətən də imkanlar var. Əgər hökumət dünyaya fərqli bir imic çatdırmaq və öz gənclərini təşviq etmək istəyirsə, həqiqətən də siyasi sahədə olduğu kimi iqtisadi sahədə də fəaliyyətə başlamalıdır.
Amerikanın Səsi: Cənab səfir, bəzi müşahidəçilər Azərbaycanı qonşu Gürcüstan və Ermənistanla müqayisə edərək, Gürcüstanın həqiqi demokratiya yolunda olduğunu, Ermənistanın isə bu istiqamətdə getdiyinə bəzi işarələrin olduğunu bildirirlər. Siz bu haqda nə düşünürsünüz? Azərbaycan bu baxımdan hansı mövqedədir?
Səfir Kazlariç: Mən çalışıram Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi və sosial baxımdan baş verənləri müqayisə etməyim. Mən belə düşünürəm ki, onların hər biri müstəqil ölkədir və öz daxili dinamikaları var. Məni Gürcüstanda narahat edən şey siyasi baxımdan belə görünür geriyə addım atılmasıdır. Elə bu gün səhər ABŞ-ın Tbilisidəki səfirliyinin hökuməti siyasi müxalifətə qarşı atdığı addımlara görə tənqid edən bir bəyanat verdiyini gördüm. Və buna görə də bir neçə il əvvəl Gürcüstanda demokratik inkişaf baxımından öz-özünə aydın olan kimi gördüklərimiz şeyləri bundan sonra fikrimcə, artıq belə qəbul edə bilməyəcəyik. Düşünürəm ki, Ermənistanın öz müxtəlif siyasi və iqtisadi riskləri var.
Fikrimcə, ölkə üçün, gələcəyə baxdığımızda regionun gələcəyi üçün digər bir məsələ Azərbaycanda parlament seçkilərinin Ermənistan və Azərbaycan arasında sülh prosesinə hansı təsiri olmasından ibarətdir. Nizamlanma prosesinin diplomatik tərəfdən başlamamasından çox narahatam. Mən bilirəm ki, Minsk Qrupunun həmsədrləri ilə iki xarici işlər nazirləri arasında hər zaman alqışlanan böyük görüşlər keçirilir. Mən onu demək istəyirəm ki, nə qədər daha çox müzakirə keçirilsə, bir o qədər yaxşıdır. Ancaq mən yenə də regional səviyyədə Ermənistanla Azərbaycan arasında təsadüfi şəraitlərdə mümkün hərbi qarşıdurmanın baş vermə ehtimalından narahatam. Bu, bizim narahat olmağımıza səbəb olan məsələdir. Və mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməli olan ən böyük regional məsələdir. \\Amerikaninsesi
Paylaş: