
Xəbər lenti
Bu gün, 20:18
Bu gün, 18:17
Bu gün, 12:28
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13

Ötən illərdə maraqlı bir məlumat diqqəti cəlb etmişdi. Məlumata görə, Almaniyada nəcisdən yanacaq düzəldiləcək və şəhərdaxili avtobuslar bu yanacaqla işləyəcək. Almanların tullantını faydalı əmtəəyə çevirmə qabiliyyəti deyəsən Avropanın digər ölkələri üçün də gözəl nümunəyə çevrilib.
Ovqat.com-un məlumatına görə, bu dəfə Çexiya fərqlənib.
O, əlbəttə, Almaniyanın nəcisi enerjiyə çevirmə kəşfini təkrarlayaraq, velosipeti yenidən kəşf etməyib. Çexlər başqa bir tullantını pula çevirməyə çalışırlar. Söhbət bir zamanlar dünyanın hegemon şəxsiyyəti olan İosif Stalinin heykəlini hərraca çıxarmaqdan gedir.
Bildirildiyinə görə, çexlərin pula çevirmək istədiyi bu tullanti bir zamanlar paytaxt Praqanın 50 kilometrliyində yerləşən Komarov şəhərinin mərkəzi meydanını bəzəyirmiş. Şəhər meriyası indi 30 ildir anbarda saxlanılan bu heykəli hərraca çıxarmağa qərar verib. Lotun ilkin dəyəri 20 min krondur - təqribən, 700 avro.
Bildirilir ki, şəhər hakimiyyəti bu addımı büdcədə vəsait çatışmadığı üçün atır. Başqa sözlə desək, koronavirus üzündən bu ölkəyə səfərə gedə bilməyən cənab şeyxülislam Allahşükür Paşazadə həzrətləri və digər Azərbaycan məmurlarının əliaçıqlığına tamarzı qalan çexlər indi 700 avroya güllə atırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər