Sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə Bakıya gətirilən iritutumlu avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən satışa çıxarılıb.
Axar.az xəbər verir ki, nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC hərraca 35 avtobus təqdim edib.
Avtobusların özəlləşdirilməsi məqsədilə 8 yanvar tarixində açıq auksion təşkil ediləcək.
Nazirlik hərraca 27 “Daevo BC212MA”, 8 ədə isə “Man Lion S Klassik A-74” markalı avtobus təqdim edib. Özəlləşdirməyə çıxarılan avtobusların hamısı 2008-2009-cu il istehsalıdır. “Man Lion S Classik A-74” avtobusları 22.500 manata, “Daevoo BC212MA” avtobusları isə 12.150 manata satılacaq.
2008-ci ildə avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb. 2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300 DAEWOO avtobusu alaraq Bakıdakı marşrut xətlərinə buraxıb.
Paylaş: