Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Betsi Klayn, Aleks Markvardt, Vivian Salama
“CNN”, 21.04.2020
Şimali Koreyanın lideri Kim Çen In əvvəlki əməliyyatdan sonra ciddi təhlükə ilə üzləşib. Bu barədə kəşfiyyat məlumatlarına malik bir ABŞ rəsmisi məlumat verib.
Kəşfiyyat məlumatları ilə tanış olan ikinci bir mənbənin də CNN-ə verdiyi informasiyaya görə, ABŞ Kimin səhhəti ilə bağlı xəbərləri yaxından izləyir.
Kim bu yaxınlarda, aprelin 15-də babasının ad gününün qeyd edilməsi mərasimində görünməyib, bu da onun səhhəti haqqında müxtəlif fərziyələr doğurub. Bundan 4 gün əvvəl o, hökumət iclasında görünüb.
ABŞ-ın başqa bir rəsmisi Bazar ertəsi CNN-ə bildirib ki, Kimin səhhəti ilə bağlı narahatlıqlar etibarlı mənbələrə söykənir, lakin xəstəliyin şiddətini qiymətləndirmək çətindir.
Cənubi Koreyada Şimali Koreyaya yönəlmiş onlayn qəzet olan “Daily NK” Kim Çen Inın aprelin 12-də ürək-damar sistemi ilə bağlı əməliyyat olunduğunu bildirib.
Xəbər saytının yazdığına görə, “ifrat siqaret çəkmə, piylənmə və həddindən artıq yorğunluq” ucbatından Kimin ürək-damar sistemi pozulub və indi, əməliyyatdan sonra Hyansan əyalətindəki bir villada müalicə alır.
“Daily NK” yazıb ki, Kimin vəziyyətini qiymətləndirdikdən sonra onu müalicə edən tibbi personalın əksər üzvləri Pxenyana qayıdıb və onların yalnız bir qismi sağalma vəziyyətinə nəzarət etmək üçün villada qalıb.
CNN bu məlumatı müstəqil olaraq təsdiqləyə bilmir.
Cənubi Koreyalı bir mənbə Bazar ertəsi CNN-ə bildirib ki, ölkənin ən yüksək mənsəbli rəhbərləri Kimin sağlamlıq durumundan agahdır, lakin “Daily NK”-ın məlumatları müstəqil olaraq təsdiqlənmir. Mənbə etiraf edib ki, Kimin həqiqətən, çəki və siqaretlə əlaqəli problemləri çoxdan məlumdur, lakin əlavə informasiya yoxdur.
Cənubi Koreyanın Mavi Prezident Evindən jurnalistlərə verilən açıqlamada Kimin sağlamlığı ilə bağlı yayılan xəbərlərdə təsdiqlənəcək heç bir şey yoxdur və Şimali Koreyada “qeyri-adi əlamətlər” aşkar edilməyib.
Cənubi Koreyanın Birləşmə Nazirliyi və Müdafiə Nazirliyi şərh verməyib. Milli Təhlükəsizlik Şurası və Milli Kəşfiyyat direktoru dəftərxanası da.
CNN şərh üçün CIA və Dövlət Departamentinə müraciət edib.
Bu vaxt ABŞ rəsmiləri şimali koreyalı mütəxəssislərə – xüsusən Kim rejimini öyrənənlərə fövqəladə vəziyyət planlama ilə bağlı müraciət ediblər. Bunu CNN-ə 3-cü mənbə deyib.
Şimali Koreyadan kəşfiyyat məlumatı toplamaq olduqca çətindir, buna görə də, ABŞ kəşfiyyatı üçün vəziyyət yenə də mürəkkəb olaraq qalır.
Şimali Koreya, demək olar ki, ölkə daxilində büt kimi pərəstiş olunan liderlə əlaqədar istənilən məlumatı ciddi şəkildə nəzarət altına alır. Rəsmi dövlət KİV-lərində informasiya yoxluğu həmişə onun səhhəti ilə bağlı möhtəkirliklərə və şayiələrə səbəb olur. Şimali Koreyada azad mətbuat yoxdur və söhbət ölkə rəhbərliyindən getdikdə, bu, qara dəlikdir. Təhlilçilər dövlət mediasının informasiyaları və təbliğat videoları əsasında nəticələr çıxarırlar.
Kim sonuncu dəfə aprelin 11-də Şimali Koreyanın dövlət mediasında görünüb. 15 aprel tarixində – Şimali Koreyanın ən əhəmiyyətli bayramı, ölkənin qurucu atası Kim İr Senin anadan olmasının ildönümü – Kim Çen Inın hərəkətləri haqqında rəsmi heç bir qeyd yoxdur.
Mütəxəssislər Kimin yubiley şənliyinə gəlməməsi ilə bağlı heç bir rəy vermirlər. Şimali Koreya liderləri keçmişdə bu vacib tədbirləri daim ziyarət edib. Ancaq bunun əksi baş verdikdə də, heç bir fövqəladə vəziyyət ortaya çıxmayıb.
“Kimin səhhəti ilə bağlı son vaxtlar çoxlu söz-söhbət var. O, xəstəxanaya yerləşdirilibsə, bu, 15 aprel yubileyində niyə iştirak etmədiyini izah edər”. Bunu araşdırmaçı Brüs Klinqner – İrs Fondunun əməkdaşı və CIA-nın Şimali Koreya üzrə keçmiş şöbə müdiri deyib. “İllər boyu Kim və ya atası haqqında bir sıra yalançı sağlamlıq söz-mülahizələri olub. Odur ki, gözləməli və görməliyik”.
Kim Çen İrin 2008-ci ildə Şimali Koreyanın 60 illik yubileyi ilə bağlı paradda iştirak etməməsi səhhətinin pis olduğu ilə əlaqədar səs-küyə səbəb olub. Sonradan insult keçirdiyi, 2011-ci ildə ölümünə qədər sağlamlığının zəiflədiyi aşkarlanıb.
Kim Çen In 2014-cü ildə bir aydan çox müddətə ictimaiyyətin gözündən yayınıb, bu da sağlamlığı ilə bağlı fərziyələrə səbəb olub. O, sonradan çəliklə görünüb və bir neçə gün sonra Cənubi Koreya kəşfiyyatı onun ayağından əməliyyat olunduğunu öyrənib.
Seuldakı Yonsey Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Con Deluri deyib: “Bu məsələdə yanılmaq asandır”.
“Hələ ki Kimin səhhəti ABŞ rəsmilərini narahat edir”, – deyə mənbələr CNN-ə bildiriblər.
Bazar ertəsi günü prezident Donald Tramp iki ölkənin “böyük əlaqələr”inin olduğunu söyləyib, lakin iki ölkə danışıqların çoxsaylı imkanlarını əldən qaçırıb. İndi koronavirus pandemiyası ucbatından şəxsən təmaslar qeyri-mümkündür.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar