Xəbər lenti

Bərdədə rüşvət, korrupsiya baş alıb gedir. Ötən gün də dedim, bu rayonun icra başçısı Vidadi İsayevin də vaxtı çatacaq.
Bunu Axar.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, Vidadi İsayev çox böyük səhvlərə yol verir və Bərdə camaatını incidir:
“Bizə Bərdədə baş verənləri rayondakı təşkilatımızın sədri çatdırır. Koronavirusa görə dövlət tərəfindən Bərdə üçün ayrılan yardımların heç 50 faizi rayonun imkansız sakinlərinə çatdırılmır. Özləri onu qohumları vasitəsilə başqa yerdə satırlar. Vidadi İsayev padşahlıq etməməlidir. Onun “mənə heç kim heç nə edə bilməz, mən hər şeyi yuxarı vaxtı-vaxtında çatdırıram” deməsi də bir faktdır və bu fakta görə cavab verməlidir”.
H.Hacıyev deyib ki, ölkə başçısı xalqımız üçün ciddi addımlar atır, tədbirlər görür, rayonun icra başçıları tərəfindən onun ayırdığı pullar, yardımlar yeyilir:
“Bu səbəbdən əksər rayonlar, başda da Bərdə, yoxlanılmalıdır. Bu o demək deyil ki, hamısı həbs edilsin. Sadəcə yoxlanılsın, vəzifədən kənarlaşdırılsın və yığdıqları var-dövlət əllərindən alınıb xalqa qaytarılsın”.
Qeyd edək ki, H.Hacıyev ötən gün Musavat.com-un canlı yayımında V.isayevin dövlətin pul ayırmasına baxmayaraq, artezian quyuların qazılması üçün fermerlərdən 1000 manatdan pul yığılmasını tapşırdığını bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 606          Tarix: 6-05-2020, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma