Xəbər lenti
Dünən, 19:25


Aydın Əliyev 
AMİP Mərkəzi Şura  sədri,
Tibb üzrə fəlsəfə doktoru, dosent. 
 
 
Hərdən qəbirsanlığa düşəndə yolum  
Kasıbı kəfənsiz, varlını iki kəfənli görmədim...
 
Dünyanı deyəsən sağlamlıq, mədəniyyət, elm, təhsil yox koronavirus birləşdirir. Qarşıda iki yol var: ya xəstəlik törədicisi hamını ağuşuna alıb məhv edəcək, ya da hamımız sivilizasiya yolunda birgə həmrəyliklə həyat yolumuza davam edəcəyik. Bu o zaman baş verəcək ki, dünyanı  “idarə” edən güclər pul gücü və şizofrenik davranışlarından əl çəkərək idarəetmədə ağıla və məntiqli düşüncələrə əsaslansınlar.
 
Korrupsiyanı koronavirusmu yaratdı? Xeyr. Korrupsiya ölkələrin təməlini korroziyaya uğradan bədxassəli şişdir. Hansı ki, dövlətlərin və ümumilikdə insanlığın faciəsi kimi qəbul olunmalıdır. Bu xəstəliyi yaradanlar isə məhz yuxarıda qeyd etdiyim güclərdir. O güclər ki, Allahın da, insanlığın da əleyhinə fəaliyyət yolunu tutublar.
 
Artıq bir ölkənin deyil, bütün dünyanın probleminə çevrilən koronavirus belə, ağlımızı – düçüncəmizi insanlıq yoluna çıxara bilmirsə, o zaman əməllərimizlə axır-zamanın gəlişini tezləşdirəcəyimiz gün elə də uzaqda deyil. Səbəb – şeytani davranışlarımızın üstünlük təşkil etməsindədir.
 
Demokratiyadan danışıb, faktiki dünyaya müharibələr, qırğınlar gətirən “güclər” yenə də yalan danışaraq, “virusu biz yaratmadıq, günahkar filan dövlətdir və s.” deyərək oyunlarını davam etdirirlər. Hamısı yalandır. Bütün patalogoyaların dünyada özünü ən güclü sayan “güclər” tərəfindən yaradıldığı hər kəsə məlumdur


 
Bu güclər o qədər harınlayıblar ki, dövlətləri və dövlətlərin içərisində yaşayan ayrı-ayrı xalqları, millətləri də bir-birinə qırdırmaqdan əsla çəkinmirlər. Səbəb – genləri xarabdır. Bunu başqa məntiqlə izah etmək mümkün deyil. Müharibələr, toqquşmalar, qan bahasına başqaları üzərində hökmranlıq etmək istəyi də məhz genlərdə olan problemlərdən qaynaqlanır.
 
Prezidentin həm koronavirusun, həm də korrupsiyanın faciələr mənbəyi olduğu ilə bağlı açıqlaması və bu istiqamətdə gördüyü tədbirlər nə qədər sevindirici olsa da istər virusun yenidən vüsət alması, istərsə də korrupsiyaya uğramış məmurlarımızın əməlləri ilə bağlı yayılan faktlar hələ çox işlərin görülməli olduğunu deməyə əsas verir. Biz həkimlər bu bəlanın qorxulu nəticələrindən nə qədər danışsaq da bəzilərimiz hələ də bu sağlamlıq tədbirlərinə dırnaqarası baxırıq. Bəziləri isə bu bəladan belə, istifadə edərək kasıbın bir loxma tikəsini oğurlamağa davam edirlər. Nə deyəsən? İfadə etmək üçün söz də tapmırsan.
 
Çıxış yolu varmı? Var! Təyinatlı vəzifələrin azaldılması ilə seçkiyə əsaslanan idarəçiliyə keçmək, regional strukturlar yaradaraq icra hakimiyyətlərinin sayını minimuma endirmək, yerli özünüidarəetmə qurumlarının statusunu artırmaq, nazirlik və komitələrin sayını minimuma endirməklə kiçik hökumət formalaşdırmaq və ictimai nəzarət şuraları yaradaraq korrupsiya hallarına qarşı birgə mübarizəni təşkil etmək. 




Ana səhifəyə qayıt        Baxış: 3 605          Tarix: 11-05-2020, 01:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma