Xəbər lenti


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov mayın 11-də “MEA Capital Limited” şirkətinin könüllü şəkildə ləğv olunduğunu elan edib. Xəbəri “Turan” agentliyi yayıb.

Musavat.com xəbər verir ki, sabiq nazirin oğlu bu şirkəti iki il əvvəl təsis etmişdi. Həm də bu o vaxta təsadüf edirdi ki, Anar Mahmudovun qayınatası  “Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyevin Bakıda yeni məhkəməsi başlamışdı. Amma daha sonrası da var. Məhz şirkətin təsis günlərində A.Mahmudovun qayınanası Zamirə Hacıyeva da bütün Britaniya mətbuatının diqqətində idi.

Zamirə Hacıyeva Britaniya polisi tərəfindən böyük məbləğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanmışdı. Xanım Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterliq xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi. 



London məhkəməsi bir neçə ay davam edən səs-küylü prosesin sonunda Z.Hacıyevanı Azərbaycana vermədi. Onun əmlakını müsadirə edilməsi, satışa çıxarılacağı haqda da məlumatlar olsa da, dünyanı bürüyən pandemiya Z.Hacıyevanın da müvəqqəti də olsa işinə yaramış kimi görünür. 



Mahmudovun indi ləğv etdiyi bu şirkətinin adındakı özəlliklə diqqət cəlb etmişdi. Yəni MEA abreviaturası sabiq nazirin soyadı(M) və adının(E) baş hərflərini və oğlunun adının(A) birləşməsindən yaradılmışdı. Hələ o zaman ingilis mediası da yazırdı ki,  “MEA Capital Limited”in  Azərbaycanda rüsvayçılıqla işdən qovulmuş sabiq nazirin və qudası Cahangir Hacıyevin  “Beynəlxalq Bank”dan taladıqları pullar cəmləşib. Yeri gəlmişkən, A.Mahmudov şirkətin nizamnamə kapitalının 1 ingilis funtu olduğunu göstərmişdi.



Mahmudovun şirkətinin 1 funtluq olmadığı elə qeydiyyat sənədlərindən məlum olmuşdu. Belə ki, yerli media yazmışdı ki, Mahmudovların adlarını verdikləri şirkət Londonun dəbdəbəli rayonlarının birində qeydiyyata götürülüb. 2018-ci ildə Anar Mahmudov yunan Kiprində də “4CYTRAMOUNTANAS LTD” adlı şirkət təsis etməsi barədə sənədlər dərc olunmuşdu.




Eldar Mahmudovun oğlunun ailə biznesinin başında olduğu haqda xəbərlər atası işdən uzaqlaşdırılandan dərhal sonra üzə çıxmışdı. Məlum olmuşdu ki, A.Mahmudov  Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi,  “Wine City” adlı şərab butikləri daxildir.  Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxil idi.

Xarici ölkələrdə də Mahmudovun ailə üzvlərinin biznesi vardı. Belə ki, “Royals” turizm şirkəti Türkiyədə, İspaniyada isə 4 tikinti və inşaat şirkətləri hazırda da fəaliyyətdədir.  
Musavat. com



Ana səhifəyə qayıt        Baxış: 2 631          Tarix: 13-05-2020, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma