Xəbər lenti
Dünən, 21:35
Dünən, 19:25
Dünən, 18:10
Dünən, 15:33
Dünən, 13:13
Dünən, 11:35
Dünən, 11:00
29-12-2024, 23:50
29-12-2024, 22:30
29-12-2024, 21:22
29-12-2024, 21:05
29-12-2024, 20:24
29-12-2024, 19:19
29-12-2024, 18:32
29-12-2024, 15:46
29-12-2024, 14:59
29-12-2024, 13:21
Azərbaycanın pandemiya dövründə də davam edən müharibə məşqi işğalçını qorxuya saldı; “Hamını hamıya...” - Bakının verdiyi, Moskvanın da dəstəklədiyi humanist təklifdən İrəvan niyə qaçır?..
Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi 10 minlik qruplaşmanın və yüzlərlə müxtəlif tipli texnika, silah sistemlərinin, PUA-ların iştirakı ilə növbəti geniş miqyaslı təlimlərin anonsunu verib. Təlimlərin ssenarisi düşmən müdafiəsinin bütün dərinliklərinə eyni vaxtda sarsıdıcı zərbələrin endirilməsi, zərbə qruplaşmalarının formalaşdırılmasını nəzərdə tutur.Yəni Azərbaycan ordusunun təlimləri bu dəfə də işğal edilmiş ərazilərdə oturmuş düşməni vurub çıxarmaq ssenarisi əsasında keçiriləcək, müharibə məşqinin davamı olacaq. Təsadüfi deyil ki, pandemiyaya baxmayaraq, Bakının təlimlər şəklində davam edən savaş hazırlıqlarına İrəvanın təşviş və narahatlıq dolu reaksiyası gecikməyib. Ermənistan Müdafiə Nazirliyi hücum ssenarisi üzərində qurulmuş təlimləri “regionda vəziyyəti gərginləşdirmək cəhdi” adlandırıb. ATƏT-in, Minsk Qrupu həmsədrlərinin və “ bütün beynəlxalq ictimaiyyətin” diqqətinə bu təlimlərin “xəbərdarlıq edilmədən” keçirildiyini çatdıracaqlarını bildirib.
Bundan əlavə, düşmən ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanatda təlimlərin gedişində Azərbaycan qoşunlarının həm də iki ölkə sərhədinə cəmləşdirilə biləcəyindən dolayı təşviş əksini tapıb. Həmçinin qoşunların Qarabağda təmas xəttinə yaxınlaşmasının “bütün nəticələri ilə təxribat” kimi qiymətləndiriləcəyi bildirilir.
*****
Beləcə, Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş işğalçı qüvvələrə görə heç bir məsuliyyət hissi keçirməyın İrəvan Bakının öz qanuni sərhədləri daxilində hərbi təlim keçirməsinə üstəlik, həyasızcasına etiraz da bildirir. Başqa sözlə, düşmənin “Qara məni basınca, qoy qaranı mən basım” məntiqinə görə, ərazisinin 20%-i işğal altında olan Azərbaycanın iri miqyaslı təlim keçirmək haqqı belə yox imiş. Və ya Bakı öz qanuni ərazisində hansısa təlim keçirəndə “çağırılmamış qonaqları” - işğalçıları qabaqcadan xəbərdar etməli imiş. Bu yerdə “Oğru elə bağırdı ki...” Azərbaycan məsəli də yada düşür.
Gözlənildiyi kimi, Azərbaycan Müdafiə Nazirliyi düşmən tərəfin bu təlaş dolu sərsəm reaksiyasına dərhal cavab verib. Baş hərbi idarə hansısa təxribat cəhdinin qarşısının güc tətbiqi ilə alınacağı haqda Ermənistan hərbi-siyasi rəhbərliyini xəbərdar edib. Nazirliyin yaydığı bəyanatda deyilir ki, Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər, heç şübhəsiz, Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.
Sitat: “Ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir. BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi İrəvan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir”.
Bəyanatda həmçinin qeyd olunub ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi İrəvanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır. “Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür. Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır”, - deyə işğalçı tərəfə xəbərdarlıq edilir.
*****
Azərbaycan şübhə yox ki, düşmən tərəfdən hər cür “çaqqal hürüşməsi”nə rəğmən, öz döyüş və müharibə hazırlığını artırmağa davam edəcək. Sülh danışıqlarının illərdir heç bir nəticə verməməsi bizim hərb variantına hazır vəziyyətdə olmağımızı ikiqat diktə edir. Məntiqlə İrəvan Azərbaycanın təlimlərindən bunca narahatdırsa, o zaman vaxt itirmədən işğalçı qüvvələri torpaqlarımızdan çəksin. Öz xalqını sülhə hazırlasın, nəinki onu heç vaxt reallaçmayacaq “miatsum” cəfəngiyatına inandırmağa çalışsın, ikinci “erməni dövləti” haqda ermənilərə nağıllar danışsın. Təlimlərin fəlsəfəsi də budur ki, əgər Ermənistan əraziləri xoşluqla boşaltmasa, onda bunu Azərbaycan Ordusu edəcək. Hər halda Bakı milyardlar xərcləyərək aldığı müasir döyüş sistemlərini və maşınlarını anqarlarda paslatmaq niyyətində deyil.
Bununla yanaşı, Azərbaycan sülh danışıqlarına ümidini də itirməyib. Eyni zamanda, böyük barış naminə vaxtaşırı Ermənistana xoşməramlı jestlər edir. Məsələn, bu günlərdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bir daha rəsmi Bakının adından erməni tərəfində qanunsuz şəkildə saxlanılan girovların (Dilqəm Əsgərov və Şahbaz Quliyevdən söhbət gedir) “hamını hamıya” prinsipi üzrə Azərbaycanda saxlanılan ermənilərə dəyişməyi təklif edib. Bəllidir ki, bu təklifi Rusiya da dəstəkləyir.
“Saxlanılan şəxslərin dəyişdirilməsi münaqişənin nizamlanmasında dair aparılan danışıqlarda hər zaman gündəlikdə duran məsələlərdəndir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi son brifinqdə bildirib. “Həmin şəxslərin yaxın qohumları tərəfindən ziyarət edilməsi ilə bağlı ötən il Moskvada qərar qəbul olunub. Bundan sonra Azərbaycan və Ermənistan hərəsi bir əsir dəyişdi. Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə digər həbsdə olanların taleyi ilə bağlı məsləhətləşmələr davam etdirilir. Biz bunu diqqətdə saxlayırıq”, - Mariya Zaxarova “Azərbaycan tərəfi pandemiya şəraitində əsir və girovların ”hamının hamıya" prinsipi ilə dəyişdirilməsi ilə bağlı çağırış edib. Rusiya bu təşəbbüsə necə yanaşır" sualına cavabında vurğulayıb.
*****
Ancaq reallıq belədir ki, humanizmdən dəm vurmağı xoşlayan, Azərbaycanın hərbi təlimini dərhal müharibə anonsu kimi dünyaya car çəkən rəsmi İrəvan heç olmasa, dinc insanların mübadiləsinə, öz soydaşlarının taleyinə biganə yanaşır. İndi müharibəni yox, sülhü seçən tərəf kimdir?..
Analitik xidmət,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər