Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
İyunun 18-də saat 12:00-da Bakıdan Naxçıvana aviareys həyata keçiriləcək. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
O bildirib ki, həmin gün saat 15:00-da ikinci aviareys yerinə yetiriləcək. Uçuşlar “Embraer 190” tipli təyyarələrlə baş tutacaq: "Təyyarələr 106 sərnişin tutumuna malik olsa da, 100 yer üçün bilet satılacaq. Buna səbəb isə, yeni qaydalara uyğun olaraq, uçuş zamanı hər hansı bir sərnişində xəstəlik aşkarlanarsa, onun digər sərnişinlərdən kənarlaşdırılıb təyyarədə arxa sırada təyin edilmiş boş yerlərdə oturmasının təmin oluna bilməsidir". Əvvəl hər gün 5-6 reys olurdu. İndi ayrılan kvota tələbatı necə ödəyəcək və bu, bilet satışı ilə bağlı özbaşınalıqların, sui-istifadə hallarının meydana çıxmasına səbəb ola bilərmi? Reyslərin sayının artırılmasına zərurət varmı?
- Fazil Mustafa: “Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm”
Əslən Naxçıvandan olan millət vəkili Fazil Mustafa yaranmış vəziyyətdən narahatlığını ifadə edib. Millət vəkili özünün sosial şəbəkə hesabında bunları yazıb: “Bu gün Milli Məclisdə Naxçıvana getməli olan, eyni zamanda Naxçıvandan Bakıya gəlməli olan vətəndaşların problemini qaldırdım. Hökumət ancaq online bilet almağa imkan tanıyıb, elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almada qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət etdim ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin ora keçirim. Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıların bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır”.
- Samir Adıgözəlli: “Əvvəlki qaydada reys sayları tam bərpa olunmalıdır”
Əslən Naxçıvandan olan digər ictimai fəal, İSBAM sədri Samir Adıgözəlli də “Bakı-Xəbər”ə açıqlamasında bu qərarın narahatlıq yaratdığını bildirib:“Bu xəbər sevinndirici olmağı ilə yanaşı, həm də ciddi narahatlıq yaratdı. İlk növbədə reyslərin sayı çox azdır. Həftədə iki reys bu problemi aradan qaldıra bilməyəcək. Artıq ayın 18-nə bütün biletlər satılıb. Onlayn qaydada girib bilet almaq mümkün deyil. Orda yaşayan insanların bəyəm hamısı onlayn bilet ala bilir? Çox adamın heç bank kartı yoxdur. Bir qədər məntiqlə hərəkət edilməlidir. Məhdudiyyət məsələsi də problem yaradır. Hətta ayrılan iki reysə belə tam sərnişin minməyəcək. Belə çıxır ki, Bakıya gəlmək istəyən adamın növbəsi gəlib payızda və ya qışda çatacaq. Bu gün rayonlara işləyən mikravtobuslar qiyməti çox baha edir və insanları bir-birinin üstündə gətirir. Naxçıvan da Azərbaycan ərazisidir, yoxlama keçirib vətəndaşları təyyarəyə buraxmaq olar. Hesab edirəm ki, əvvəlki qaydada reys sayları tam bərpa olunmalıdır. Azərbaycanın digər rayonları ilə əlaqə necədirsə, bunu da elə etmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar