Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
“Güc tətbiqi təmas xəttində deyil, Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verdi. Bu, niyə indi baş verdi? Bax, hələ heç kimin cavablandırmadığı əsas sual budur”.
“Report” xəbər verir ki, bunu vaxtilə müvəqqəti olaraq ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsini icra etmiş səfir Riçard Hoqland “Amerikanın səsi”nə müsahibəsində Ermənistan-Azərbaycan sərhədində baş vermiş son gərginliyi şərh edərkən deyib.
R.Hoqland ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik ilə qeyri-rəsmi söhbət etdiyini vurğulayıb.
“Hazırda onlar gərginlik zonasında müşahidə missiyası həyata keçirə bilmirlər. Minsk qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərib. Ancaq onun təəssüf ki, məsələni həll etmək iqtidarında olmadığını hiss edirəm”, - Hoqland bildirib.
Onun sözlərinə görə, ən yaxşı niyyətləri olmasına, iştirakçı tərəflərin və Rusiya kimi böyük bir gücün dəstəyi olmasına baxmayaraq, Minsk qrupu, sadəcə, öz vəzifəsinin öhdəsindən gələ bilmir. Buna görə də Hoqland hesab edir ki, BMT prosesə aktiv şəkildə qoşulmalıdır:
“Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına buraxmaqdır. Sonradan, illər sonra, emosiyaların sakitləşəcəyi vaxtda hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcək üçün istəklərini ifadə edə bilərlər”.
R.Hoqland münaqişənin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi dörd qətnamə, müəyyən həll yollarını təklif edən Madrid prinsipləri əsasında həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Qarabağ münaqişəsinin həllində Rusiyanın roluna toxunan səfir bildirib ki, tarixi araşdırsaq, bir sıra aşkar halları aydın görmək mümkündür: “Əvvəla, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl SSRİ-nin dağılmasının ötən əsrin ən böyük fəlakəti olduğunu söyləyib. O, ara-sıra postsovet məkanı ölkələrinin – düşünürəm ki, həm Ermənistan, həm də Azərbaycanın - Rusiyanın xüsusi diqqət mərkəzində olduğunu vurğulayır. Bu zonada həll olunmamış münaqişələr çoxdur. Şəxsi fikrim budur ki, Rusiya həqiqətən bu münaqişəni həll etmək istəsəydi, bu istiqamətdə daha aktiv addımlar atardı. Eyni zamanda, Rusiya ilə Ermənistanın müttəfiq olduğu açıq şəkildə görünür, bu da Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir göstərir”.
Bu məsələdə Türkiyənin roluna gəlincə, Hoqland Türkiyənin Qarabağ münaqişəsində “birbaşa iştirakı” barədə heç bir dəlil və ya sübutun olmadığını qeyd edib: “Əlbəttə, hamımız bilirik ki, Azərbaycan və Türkiyə yaxın müttəfiqdir, amma Ermənistan və Rusiya da müttəfiqdir. Regionda bu vəziyyətdən faydalana biləcək başqa aktorlar da var”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar