Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Dünən axşam Livanın paytaxtı Beyrut şəhərində meydana gələn partlayışda 78 nəfər həlak olub, 4000 nəfər yaralanıb.
Ovqat.com xəbər verir ki, məlumatı Livanın Səhiyyə Nazirliyi açıqlayıb.
Livan mətbuatının yazdığına görə, paytaxtda xeyli sayda bina ciddi zərər görüb. Onlar arasında hökumət binası və Məhəmməd əl-Əmin məscidi də var.
Digər bir məlumatda bildirilir ki, Livanın xristian partiyası “Ketaib”in baş katibi erməni əsilli Nizar Necaryan da ölənlər arasındadır.
Livanın "Hizbullah"-a yaxın mediası hadisələrdə İsrail barmağı ola biləcəyi ehtimalını irəli sürüb. Ehtimala görə, İsrail Hizbullaha məxsus silah anbarlarına etdiyi hücum görünməmiş partlayışla nəticələnib. İsrail bu xəbəri təkzib edib. Daha sonra "Hizbullah"-a yaxın mənbələr də ölkənin yerli KİV-ə bildiriblər ki, Beyrutda törədilmiş partlayışın İsrail tərəfindən həyata keçirildiyi haqda bəyanatlar reallığı əks etdirmir. Hakimiyyət nümayəndələri isə yerli mətbuata açıqlamalarında partlayışın İsraillə əlaqəsini inkar edib, bir qəza ola biləcəyini irəli sürüblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar