Xəbər lenti


1952-ci ildə Naxçıvanın Şahbuz rayonunda anadan olmuş, hazırda Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Maştağa yolu məhəllə 12, ev 14-də yaşayan Tutu Abbasova redaksiyamıza şikayət məktubuyla müraciət edib.  O, oğlunu həbsdən azad etdirmək üçün dələduz Hacılar 27 min manat verdib. Lakin, nə oğlu azad edilir, nə də ödədiyi 27000 azn qaytarılır. Baş tutan məhkəmə proseslərindən sonra, yalnız 5000 azn zərərçəkmişə qaytarılır. Hurriyyet.org redaksiyamıza ünvanlanmış məktubu diqqətinizə çatdırır:

“Yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, bir qrup Hacı dələduz dəstənin qurbanına çevrilmişəm. Belə ki, cinayət işində adları hallanan İbrahimov Alim və onun qayınatası Əliyev Rasim və özünü onların ailə sürücüsü kimi təqdim edən Aslanov Şərif əlbir olaraq mənə qarşı dələduzluq edərək, oğlum Abbasov Natiqin zərərçəkmiş şəxs qismində tanınan Rəsulov Mirmehdiyə ziyanın ödənilməsi adıyla məndən almış olduqları 27000 manat alaraq Mirmehdiyə ödəməmiş, öz şəxsi ehtiyacları üçün xərcləmişdilər. '

İş Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Muxtar Muxtarova çıxdı.  Muxtar və həmin Polis İdarəsinin təhqiqatçısı Vəliyev Hikmət dələduz cinayət əməlini ört-badır edərək tam başqa yerə ünvanlamışdılar. Belə ki, Muxtarla, Hikmət mənə dəfərlə namus sözü versələr də, sənə dəymiş ziyanını ay ana dələduz Hacılar dəstəsinə ödətdirəcəklər, ödəmədikləri halda Azərbaycan Respublikasının Qanunlarına əsasən məndən pulu əlbəəl almış Əliyev Rasim və Aslanov Şərifi cinayət məsuliyyətinə cəlb edəcəyik. Amma, məni aldadaraq əksinə, cinayət əməlini həbsdə olan İbrahimov Alim Əlisahib oğlunun üzərinə yıxıblar. Məqsəddə göz önündədir. Alim onsuzda sən içəridəsən çək boynuva, yaşlı-ahıl qadın da nə edəcək məsələ belə də bağlansın. Aydındır ki, Muxtarla, Hikmət tamahlarına güc edərək, Dövlətin onlara olan etibarından istifadə edərək, pul qarşılığında öz şərəf və ləyaqətlərini pula sataraq cinayət işini, Rasim və Şərifin xeyrinə bağlayıblar. Məhkəmədə aydındır ki, paqon-paqonun ayağını tapdalamaz prinsipindən istifadə edərək, həm də eyni rayonda xidmət apardıqlarından, tanış-biliş, hansısa maraqlar qarşısında Hikmətlə Muxtarın çaldığı havanı oynayırlar.
Bildiyimiz kimi, lap əvvəllər Sovet dönəmindən bəri bu illərə qədər məktəbdə baxçada, təhsil ocaqlarında, Vətən anadır, cənnət anaların ayaqları altındadır şüarları altında böyümüşük.

Bu gün Hikmət, Muxtar kimi dövlət məmurları yaşlı, ahıl ananın başına açdıqları bu oyundan utanmayaraq, əməllərdən vicdan əzabı çəkməyən bu qansızlardan hansı Vətənə sevgi anaya hörmət, ehtiram, xalqına dəsətk verən Azərbaycan övladı ola bilər? Öz anasında, valideynlərinə hörmət qoymaq məmur Hikmət və Muxtar onun vicdanlarını pulla almış, dələduz dəstə adlarını Hacı qoymuş, müqəddəs torpaqları ziyarət etmiş və Hacılıq titulundan istifadə edərək, camaatı aldadan xainlər məni ahıl, kimsəsiz qadına hardan hörmət qoyacaqlar???
İddiam bundan ibarətdir ki, icraatınızda olan cinayət işini ləğv olunaraq, ilkin istintaq qaytarılsın, əlimdən pulumu alıb yeyən cinayətkarlar, Əliyev Rasim və Aslanov Şərif məsuliyyətinə cəlb olunsun və mənə vurduqları ziyanın ümumilikdə 27000 manatın 5000 manatını Əliyev Rasim tərəfindən ödənilib, qalan 22000 manatı Əliyev Rasim, Aslanov Şərif və İbrahimov Alimdən alınaraq mənə ödənilməsini, Sabunçu rayon Polis İdarəsinin təhqiqatçısı VəliyeHikmətin və müstəntiq Muxtar Muxtarovun əməlləri də cinayət tərkibli olması araşdırılsın və CM-in müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirəm.

İnanıram ki, məhkəmə bu özbaşınalığa son qoyacaq, vicdanlı qərar çıxararaq mən də Dövlətimə olan etibarımı itirməyəcəm.
“Hürriyyet” qəzetinin heyyətindən xahiş edirəm ki, bu yaşlı, kimsəsiz, tək, əlacsız qalmış ananın ərizəsini  “Hürriyyet” qəzetində, sosial şəbəkədə işıqlandırasınız, bəlkə də səsim çata bilməyən yerlərə səsim çatsın, biganə yanaşmasınlar. Dövlətim mənə, əlacsız, kimsəsiz ahıl anaya dayaq çıxsın. Unutmayın “Qurani Kərim”də yazıldığı kimi “Cənnət anaların ayaqları altındadır”.
Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 3 246          Tarix: 13-08-2020, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma