Xəbər lenti
Dünən, 23:30
Dünən, 22:30
Dünən, 20:49
Dünən, 19:32
Dünən, 15:56
Dünən, 14:58
Dünən, 14:12
Dünən, 11:15
Dünən, 09:24
Dünən, 09:18
9-01-2025, 23:36
9-01-2025, 22:58
9-01-2025, 20:00
9-01-2025, 18:35
9-01-2025, 17:18
9-01-2025, 16:51
9-01-2025, 15:43
Cahandar Bayoğlu: “Prezident onlara qarşı mübarizə aparmasaydı, bu məsələlər ortaya çıxmazdı”
“Ramiz Mehdiyevin nəvəsinin toyunun avqustun 18-də keçirilməsi təsadüfi olmadı. Həmin gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin dünyasını dəyişdiyi gündür. “5-ci kolon” bilərəkdən həmin gün toy edib. Bununla da İrəvana və Moskvaya mesaj vermək istəyiblər ki, biz sizin qulunuzuq və sizə qarşı mübarizə aparan liderin dünyasını dəyişdiyi gün toy edirik”.
Bunu “Hürriyyət”ə Turan Partiyasının başqanı Cahandar Bayoğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy mərasimi keçirməsiylə bağlı danışarkən bildirib. O, Ramiz Mehdiyevin Elmlər Akademiyasında qalmasının birbaşa Azərbaycan elminə təhqir olduğunu deyib:
– Cahandar bəy, mətbuat yazır ki, Ramiz Mehdiyevin istefasıyla bağlı aksiya keçirəcəksiniz. Bu aksiyaları nə vaxt keçirməyi planlaşdırırsınız?
– Belə bir aksiyanın keçirilməsi Turan Partiyası Gənclik Qollarının qərarıdır. Mənə də bununla bağlı müraciət ediblər. Belə bir aksiyanın vacibliyini bilirdim, sadəcə zaman məsələsi var idi. Zaman elə gətirdi ki, “5-ci kolon”un Azərbaycan dövlətinə qarşı mövqeyi tamamilə aşkar olundu. Dövlətin ali qərarına qarşı güc nümayiş etdirdilər. Əslində o toy bəhanəydi. Toy adıyla dövlətə qarşı güc nümayişi toplantısı keçiriblər.
Mən inanıram ki, o toplantıda Rusiyanın generalları da iştirak edib. Toplantıda kimlər iştirak edibsə, xalqa məlumat verilməlidir. Təbii ki, dövlətə qarşı siyasətin başında duran Ramiz Mehdiyevdir. Ramiz Mehdiyevin artıq Elmlər Akademiyasında qalması birbaşa Azərbaycan elminə təhqirdir. İstefa verməyəcəyi təqdirdə, bu, “5-ci kolon”a stimul olacaq. Belə olan halda, mən də Turan Partiyası Gənclik Qollarına aksiyanın keçirilməsi üçün yaşıl işıq yandığını bildirdim. Əgər, yaxın günlərdə Ramiz Mehdiyev istefa verməsə və həbs olunmasa Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib, aksiyanın vaxtını da qanunlara uyğun olaraq, Elmlər Akademiyasının önündə təşkil edəcəyik. Toyun avqustun 18-nə keçirilməsi də təsadüfü olmadı. Həmin gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin dünyasını dəyişdiyi gün, bilərəkdən toy ediblər. Bununla da İrəvana və Moskvaya mesaj vermək istəyiblər ki, biz sizin qulunuzuq və sizə qarşı mübarizə aparan liderin dünyasını dəyişdiyi gün toy edirik.
– Məlumata görə, Ramiz Mehdiyev məzuniyyətə çıxıb. Baş verən qalmaqallar fonunda bunu təsadüf hesab edirsinizmi?
– Hesab edirəm ki, Ramiz Mehdiyev ağalarının qarşısında o qədər cılız vəziyyətə düşüb ki, artıq mahiyyətini sərgiləyir. Azərbaycan da görür ki, Ramiz Mehdiyevin ağıllı və güclü görsənməsi dövlətin gücündən qaynaqlanır. Hamı da bilir ki, dövlət üçün önəmli olacaq şüurda deyil. O sadəcə olaraq, Moskva generallarının və Tehran şovinizminin burda təmsilçisi olub. Bu gün dövlət də, xalq da bu adamdan imtina edir. Hesab edirəm ki, bu gedişlə xalq görəcək ki, dövləti idarə edə bilməyən biri uzun müddət vəzifədə oturub. Siyavuş Novruzov da deyib ki, Ramiz Mehdiyev zəng edib bildirib ki, Prezident icazə verib və hamınızı toya çağırıram. Sonradan aldadıldığını anlayıb. Bu nə danışığıdır, başa düşmək olmur… Siyavuş Novruzova sual verilməlidir ki, siz YAP-ın icra katibinin müavinisiniz, niyə YAP-ın strukturlarında olan şəxslərə belə bir toyun keçirilməsiylə bağlı bildirmədiniz? Bunlar sadəcə ölkəni qarışdırmaq istəyir. Belə insanların Azərbaycan dövlətində vəzifədə oturması düzgün deyil. Düşünürəm ki, “5-ci kolon” artıq ifşa edilməlidir. Eyni zamanda, hər biri cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu qüvvələr Azərbaycan üçün ləkədir.
– Ramiz Mehdiyevin vəzifədən azad olunmasıyla bağlı fikirləriniz başa düşüləndir. Bəs, həbsinin tələb olunmasıyla bağlı tələbiniz nəylə bağlıdır?
– Onun fəaliyyətini izləsələr görərlər ki, tutulan icra başçıları rüşvəti kimə veriblər və necə vəzifələrə təyin ediliblər və s. bunların hamısı açılandan sonra Ramiz Mehdiyev həbs olunmalıdır. Hazırda istintaq materiallarında onun haqqında yüzlərlə ifadə var. Bu ifadələri artıq reallaşdırmaq lazımdır. Bu adam həmişə Azərbaycanda rüşvətin başında durub. Görünür ki, hər yerdə də prezidentin adından istifadə edib. Əgər, Siyavuş Novruzovu toya çağırıbsa, bu dövlətin və xalqın adına ləkədir. Birbaşa dövlətçiliyə zərbədir. Biz bununla bağlı bəyanat da vermişik. “Təmizləmə siyasəti”ndə Azərbaycan dövlətinin yanında olduğumuzu bildiririk.
– Əgər, Ramiz Mehdiyev vəzifədən azad edilməsə və həbs olunmasa hansı addımları atacaqsınız?
– Ramiz Mehdiyev həbs də olunacaq, üstəlik də ətrafında olanlar da… Bundan heç kim narahat olmasın. Əgər, prezident onlara qarşı mübarizə aparmasaydı, bu məsələlər ortaya çıxmazdı. Mübarizənin başında prezident dayanır və biz də ona tam dəstək dururuq.
YƏHYA
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər