Xəbər lenti


Keçən ay Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibə dövründə 1994-cü ilin atəşkəsindən bəri ikinci ən ciddi döyüşlər aparıb. Son qarşıdurmalar təhlükəli yeni bir geosiyasi dinamikaya səbəb ola bilər: strateji nəqliyyat aktivləri yaxınlığında ağır silahların atəş açması, Rusiya ilə Türkiyə arasında hərbi duruş və uyğun vasitəçilik mexanizminin yoxluğu. ABŞ və ya Aİ rəhbərliyi olmadığı təqdirdə, Azərbaycan və Ermənistanı döyüş meydanından uzaqlaşdıraraq danışıqlar masasına yönləndirmənin Türkiyə və Rusiyaya aid olması mümkündür.

İyulun 12-də kimin ilk atəş açdığı aydın deyil. Hər iki tərəf gecə bir neçə Azərbaycan əsgərinin iki ölkənin beynəlxalq sərhədinə ciplə getdiyini qəbul edir. İrəvan qoşunlarının 2 Azərbaycan əsgərinə geri çəkilmək barədə xəbərdarlıq etdiyini və Azərbaycanın top atəşi ilə cavab verdiyini iddia edir; Bakı iddia edir ki, erməni topçuları səbəbsiz atəş açıblar. Nəticədə, Tovuz rayonunda, 1 mülki şəxslə birlikdə, general da daxil olmaqla, 15 Azərbaycan hərbçisi öldürülüb. 4 əsgər və 1 mülki şəxs Ermənistanın Tavuş vilayətində, sərhəddə ölüb.

Son toqquşmaların məkanı mühümdür. Tovuz, ətrafdakı 7 rayonla birlikdə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağdan uzaqdadır. BMT Təhlükəsizlik Şurasının Ermənistanın dərhal geri çəkməsini tələb edən 4 qətnaməsinə əməl etməməsindən əsəbiləşən Bakı bu əraziləri zorla azad etməklə hədələyib. Ancaq Tovuz fərqli bölgədir. Bu, Bakının birbaşa Azərbaycanın müstəqilliyi, iqtisadi dirçəlişi və strateji əhəmiyyəti naminə vacib olan strateji nəqliyyat xətlərinin keçdiyi ərazidə yerləşdiyindən mübarizə aparmaq istədiyi son yerlərdən biridir.
Sonunculara aiddir:

Əsasən Azərbaycan xam neftini (müvafiq olaraq) Aralıq dənizi və Qara dəniz limanlarına çatdıran Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri;

Tezliklə Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Aİ-yə nəql edəcək Aİ-nin Cənub Qaz Dəhlizinin əsas elementi olan Cənubi Qafqaz təbii qaz kəməri;

Fransanın Atlantik sahillərini Qırğızıstan-Çin sərhədinə bağlayan E60, Avropanın ikinci ən uzun yol layihəsi olan Azərbaycan-Gürcüstan magistral yolu;

Oxşar strateji əlaqəni təmin edən Qars-Tbilisi dəmir yolu;
və Avropanı Orta Asiya və xarici iləə birləşdirən fiberoptik kabellər.

Bu infrastruktur ABŞ və NATO üçün də strateji baxımdan vacibdir. Vaşinqton avropalı müttəfiqlərinin Rusiyadan asılılığı azaltmalarına kömək etmək üçün 25 ildir ki, bu neft / qaz boru kəmərlərini təbliğ edir və eyni zamanda, İranın qarşısını alır.

Yeri düşmüşkən, sözügedən avtomobil, dəmir yolu xətləri və hava sahəsi ABŞ-ın Əfqanıstana aparıcı logistik kanalından ibarətdir və Əfqanıstan müharibəsinin qızğın çağında, NATO qoşunlarına yüklərin üçdə birini təhlükəsiz təmin edir. Çinin “Bir qurşaq-Bir yol” Təşəbbüsünə alternativlər təqdim etməklə, bu tranzit əlaqələri Orta Asiya və Cənubi Qafqaz ölkələrinin öz maliyyə müstəqilliklərini qorumalarına da kömək edə bilər.
Əlbəttə, Rusiya öz marşrutları ilə enerji, mal və məlumat axınını maksimum dərəcədə artırmaq üçün bu marşrutlara qarşı çıxır.

Yeri gəlmişkən, Tehran (Rusiyanın başçılıq etdiyi) Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Aİ ilə Dərin və Hərtərəfli Sərbəst Ticarət Sazişi sayəsində Ermənistana, digər postsovet və Avropa bazarlarına ticarət dəhlizini genişləndirir. İranın Ermənistan vasitəsilə Dağlıq Qarabağı yanacaq tədarük etdiyi bildirilir, İranın hava məkanı isə Rusiyanın iyul ayında Azərbaycanla toqquşmadan sonra Ermənistana silah çatdırması üçün vacib idi.

Azərbaycanın Tavuşu, Ermənistanın suveren ərazisini atəşə tutması, özünümüdafiə məqsədi ilə də olsa, İrəvanın Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanı əhatə edən hərbi ittifaqdan, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsinə əsas verir. Ermənistan rəhbərləri uzun müddətdir KTMT-ni Azərbaycana qarşı istifadə etməyə çalışırlar.

2016-cı ilin aprel ayında daha böyük hərbi toqquşmalar zamanı bunu edə bilməyiblər, çünki bu münaqişə Azərbaycan ərazisində (Dağlıq Qarabağ yaxınlığında) baş verib. KTMT-nin o vaxtkı baş katibi Nikolay Bordyuja KTMT-nin Ermənistana yalnız beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum baş verməsi halında kömək edə biləcəyini izah edib.

Ötənaykı döyüşlər, əksinə, qismən Ermənistanın suveren ərazilərində baş verib və bu da İrəvana KTMT-nin təcili iclasını tələb etmək imkanı yaradıb. İyulub 14-də KTMT bəyanatı ilə “… həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi tərəfindən razılaşdırılmış atəşkəsin pozulması”nı tənqid edərək, İrəvanın tələbini rədd edib və İrəvan tələbini dərhal qatlayıb.

Buna baxmayaraq, Rusiya təktərəfli cavab verib və iyulun 17-20-də Gümrüdəki 102-ci hərbi bazasından istifadə edərək, Ermənistanla təcili hərbi təlimlərə başlayıb.

Türkiyə də qətiyyətli cavab verib. Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 14-də “Türkiyə köklü dostluq əlaqələri və qardaşlıq münasibətləri qurduğu Azərbaycanın haqlarına və torpaqlarına edilən hər hansı bir təcavüzü dayandırmaqdan çəkinməyəcəyini” qeyd edərək, Azərbaycana “ehtiyatsız və sistematik hücumlar”a görə Ermənistanı qınayıb.

Daha sonra, iyulun 16-da Türkiyənin müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycana etdiyi “hücum”a görə “hesab verəcəyi” barədə xəbərdarlıq edib. 29 iyul-10 avqust tarixlərində geniş miqyaslı Türkiyə-Azərbaycan hərbi təlimləri izlənilib.

Türkiyə və Rusiya, Suriyada və Liviyada olduğu kimi, Cənubi Qafqazda bir-birinə meydan oxuduğu zaman, onların heç biri vəziyyəti daha da gərginləşməyə çalışmır. NATO-nun ikinci ən böyük ordusu keçən ilin fevralında Suriyada, habelə may ayında Liviyada Rusiyanın irəliyəşini dayandırıb. Söz düşmüşkən, Türkiyə tarixən, ölkələrin güclü iqtisadi münasibətlərini qoruyaraq, Rusiyanın hərbi avantürizmi ilə üzləşməkdənsə, onu çəkindirməyi üstün tutub.

Ermənistanla Azərbaycan arasında ziddiyyəti azaltmaq üçün mövcud beynəlxalq vasitəçilik mexanizmi məqsədyönlü görünmür. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu 1992-ci ildən bəri Azərbaycanla Ermənistan arasında vasitəçilik edir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir (2006-2009-cu illərdə ABŞ-dan həmsədr idim). Qrupun mandatı ancaq Ermənistan ərazisi ilə deyil, Dağlıq Qarabağ və onun ətrafındakı 7 Azərbaycan bölgəsi ilə məhdudlaşır.

Səlahiyyəti genişləndirilsə belə, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev – hər ikisi Minsk Qrupundan hələlik imtina etmiş kimi görünürlər. Paşinyan avqustun 14-də “BBC TV”-yə müsahibəsi zamanı sələfinin 2009-cu ilin yanvarında qeyri-rəsmi olaraq Minsk Qrupu ilə razılaşdırdığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərindən imtina etdiyini təsdiqləyib. İyulun 16-da İlham Əliyev mötəbər və veteran xarici işlər naziri Elmar Məmmədyarovu işdən çıxarıb. Bu, Bakıda on minlərlə etirazçının Tovuzda baş verənləri hərbi təxribat saydıqlarından Ermənistana qarşı intiqam hücumu tələb etməsi fonunda baş verib.

Buna görə də, Ankara və Moskva diplomatik boşluğu doldura və müttəfiqlərini danışıqlar masasına qayıtmağa inandıra bilər. Bir çox cəbhədə Rusiya və Türkiyə arasında kəskin fikir ayrılıqlarına baxmayaraq, ABŞ və Avropadakı müttəfiqlərin belə bir forumu təşviq etməsi və formalaşdırması ağıllı olardı. Alternativ – Azərbaycanla Ermənistan arasındakı duyğuların qarşılıqlı artması və hərbi gərginlik ola bilər. Nə Ermənistan, nə də Azərbaycan genişmiqyaslı müharibəni davam etdirə bilməsə də, daha məhdud silahlı qarşıdurma NATO və Aİ-nin bağlı olduğu strateji varlıqları sıradan çıxara bilər. Bundan faydalananlar isə Rusiya, İran və bəlkə də Çin və onun “Bir qurşaq-Bir yol” Təşəbbüsü olacaq.

Metyu Brayza – “Atlantik Şurası”nda Qlobal Enerji Mərkəzinin baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavinidir .

strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 778          Tarix: 28-08-2020, 14:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma